İnternetin sürətinə mənfi təsir edən amillər

15.12.2021 [17:42]
İnternetin sürətinə mənfi təsir edən bir sıra amillər mövcuddur. AZƏRTAC “Aztelekom” MMC-yə istinadla xəbər verir ki, sürətin zəifləməsinə və ya internet verilişinin tamamilə kəsilməsinə modem qurğusundakı, abunəçi və magistral xətt şəbəkəsi problemi, birləşdirici optik kabeldə baş verən kəsinti ...

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

15.12.2021 [17:30]
Dekabrın 15-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50103790S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti ...

“Baktelecom” yeni funksiya istifadəyə verib

15.12.2021 [17:04]
“Baktelecom” MMC yeni funksiya istifadəyə verib. AZƏRTAC MMC-yə istinadla xəbər verir ki, qurumun veb-saytında istifadəyə verilən yeni funksiya sayəsində vətəndaşlar ünvanlarında şirkətin göstərdiyi optik xidmətlərin mövcudluğu barədə məlumat ala biləcəklər ...

Gömrükçülər üçün “Peşə Etikası” mövzusunda seminar təşkil olunub

15.12.2021 [16:36]
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu ölkələrinin gömrük əməkdaşları üçün “Peşə Etikası” mövzusunda onlayn seminar keçirilib. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr ...

“Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15.12.2021 [16:13]
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib ...

Qarabağın bərpasına Norveç şirkətlərinin cəlb edilməsi müzakirə olunub

15.12.2021 [15:52]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Skyonsberqlə görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib. “Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Skyonsberqlə ticarət ...

Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 6-cı iclası keçirilir

15.12.2021 [13:59]
Dekabrın 15-də Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın 6-cı iclası keçirilir. AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. ...

Nağdsız ödənişlərin həcmi artacaq

15.12.2021 [13:52]
Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə nağdsız ödənişlər üzrə qeydə alınan nəticələrin ikiqat artırılmasını hədəfləyir. AZƏRTAC xəbər verir ki, bu barədə AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova ...

Azərbaycan neftinin bir bareli 75,49 dollara satılır

15.12.2021 [11:50]
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,01 dollar azalaraq 76,50 dollar olub. Xatırladaq ki, Azərbaycan ...

Bakı-Tbilisi-Qars dəmir yolunda rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsi müzakirə olunub

15.12.2021 [11:26]
Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyev Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava ilə ...

Neft qiymətləri ucuzlaşıb

15.12.2021 [10:34]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,80 dollar ...

Taro Savada: Qarabağda bərpa və quruculuq işlərinə qatılmağı planlaşdırırıq VİDEO

14.12.2021 [20:04]
Yaponiyanın “TET International Development Co.Ltd.” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr, yapon investorların ölkəmizdə aparılan quruculuq işlərinə yönəltdiyi sərmayələr barədə müntəzəm şəkildə məlumatlar verilir ...

Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının sessiyası keçirilir

14.12.2021 [19:43]
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 85-ci sessiyası videokonfrans formatında öz işinə başlayıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda ÜGT-nin Baş ...

“Ural Hava Yolları” Bakıya üç şəhərdən birbaşa müntəzəm uçuşlara başlayır

14.12.2021 [19:31]
Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Jukovski (Moskva vilayəti), Kaluqa və İrkutsk şəhərlərinin hava limanlarından Azərbaycanın paytaxtına müntəzəm birbaşa reyslərin yerinə yetirilməsinə başlayır ...

“Azəriqaz”: Qaz xətlərinə qeyri-qanuni müdaxilə edən şəxslər barədə ciddi tədbirlər görüləcək

14.12.2021 [19:20]
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları paytaxtın Xəzər və Sabunçu rayonlarında qaz xətlərinə xeyli sayda qeyri-qanuni birləşmə halları aşkar ediblər. İB-dən AZƏRTAC-a bildirilib ki, dəfələrlə abonentlərlə maarifləndirici söhbətlər aparılmasa da bəzi vətəndaşlar ...

Kommersiya hüquqi şəxslərin ləğv olunması ilə əlaqədar prosedurların təkmilləşdirilməsi müzakirə olunub

14.12.2021 [19:16]
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş ...

Yol infrastrukturu ilə bağlı ötən həftə görülən işlər açıqlanıb

14.12.2021 [19:09]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin dekabrın 6-dan 12-dək olan müddətdə yol infrastrukturu ilə bağlı yerinə yetirilmiş işlər barədə məlumat açıqlanıb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ...

Gürcüstanla iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub

14.12.2021 [19:02]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a ...

Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

14.12.2021 [18:58]
Dekabrın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108037885 ISIN-li, 20 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirili ...