Aerobika gimnastikası üzrə təmsilçimiz beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb

07.03.2023 [06:55]
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Lalə Hüseynova ...

Açıq Avropa kuboku yarışlarında ölkəmizi 12 cüdoçu təmsil edəcək

06.03.2023 [19:36]
Martın 11-12-də İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək. AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi 12 cüdoçu – Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov ...

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib

06.03.2023 [18:41]
Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib. Əlli bir yaşlı mütəxəssisin yubileyi Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib. Onun rəhbərlik etdiyi “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib ...

Həndbol çempionatı: “İdman Akademiyası” turnir cədvəlində liderliyini davam etdirir

06.03.2023 [18:37]
Kişi həndbolçular arasında Azərbaycan çempionatının ikinci dövrəsinin növbəti turlarına yekun vurulub. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “AHF Arena”da XVII tura “İdman Akademiyası” ...

Nazim Umbayev Ərəb ölkələrinin çempionatında ədalət təmsilçiləri arasında yer alıb

06.03.2023 [18:19]
Martın 3-4-də Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə Ərəb ölkələrinin çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb ...

“Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib

06.03.2023 [17:57]
“Barselona” futbol klubu yarımmüdafiəçisi Serxi Roberto ilə müqaviləni yeniləyib. AZƏRTAC xəbər verir ki, yeni müqaviləyə əsasən, 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq ...

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç “Neftçi”yə keçə bilər

06.03.2023 [17:48]
“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç “Neftçi”yə keçə bilər. AZƏRTAC xəbər verir ki, hazırda klubdan ayrılmaq üzrə olan xorvatiyalıya yeni müqavilə təklif olunmayıb. Ağdam təmsilçisi Azərbaycan yığmasının xorvat əsilli futbolçusunun ...

Belçikalı futbolçu Tobi Alderveyreld millimizə qarşı oynamayacaq

06.03.2023 [17:03]
"Antverpen"in müdafiəçisi Tobi Alderveyreld Belçika millisindəki karyerasını başa vurub. AZƏRTAC xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb. Futbolçu Belçika millisində 127 oyuna 5 qol vurub, 12 qol ötürməsi edib. O, “Ayaks”, “Atletiko”, “Sauthempton” və “Tottenhem”də də çıxış edib ...

Paraüzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında güclərini sınayacaqlar

06.03.2023 [13:40]
Martın 7-dən 13-dək İtaliyanın Liqnano Sabbiadoro şəhərində paraüzgüçülük üzrə dünya seriyası yarışları keçiriləcək. AZƏRTAC Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, yarışda milli komandamızın üzvləri də iştirak edəcəklər ...

Gənc bədii gimnastlarımız Almaniyada üç gümüş medala sahib olublar

06.03.2023 [13:14]
Gənc bədii gimnastlarımız Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qrup hərəkətləri yığmamız turniri üç gümüş medalla başa vurub ...

Azərbaycan şahmatçıları Malayziya komandası ilə dostluq görüşündə qalib gəliblər

06.03.2023 [12:50]
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər davam edir. Federasiyadan AZƏRTAC-a bildiriblər ki, bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib ...

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub

06.03.2023 [12:29]
“Qarabağ” klubu Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. Bu, Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib. AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununadək 1398 dəfə fərqlənmişdi ...

Millimizin baş məşqçisi: Qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik

06.03.2023 [12:05]
Oyunun keçiriləcəyi Koszalin idman zalında ilk məşqimizə çıxdıq. Polşa millisi ilə oyunda meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var ...

Premyer Liqanın XXV turu “Kəpəz”in baş məşqçisi üçün əlamətdar olub

06.03.2023 [11:38]
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olub. Bu, onun yetirmələrinin “Sabah”a 0:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib. AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkə ...

“Neftçi” klubu Azərbaycan çempionatında ilkə imza atıb

06.03.2023 [11:22]
“Neftçi” klubu Azərbaycan çempionatlarında 1500-cü qolu vurub. Bu, Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib. “Bakcell Arena”da “Turan Tovuz”u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib. AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə ...

Boksçularımız dünya çempionatına Qazaxıstanda hazırlaşacaqlar

06.03.2023 [11:10]
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb. AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamızın 17 idmançısı Almatıda təlim-məşq toplanışına qatılacaq ...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə icra olunub

06.03.2023 [11:03]
AFFA-nın, Şəmkir Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şəmkir rayonunun Əliyaqublu kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin ...

Azərbaycanın üç ən yaxşı futbol hakimindən biri - Rüstəm Rəhimov

06.03.2023 [09:15]
İstəyirəm yarım əsrlik futbol təcrübəmi gənclərə ötürüm. Bu fikir Əməkdar bədən tərbiyəsi və idman xadimi, ümumittifaq dərəcəli hakim, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimova məxsusdur. O, Azərbaycanın ən yaxşı futbol hakimindən biridir və üç dəfə - 1987-ci, 1990-cı və 1991-ci illərdə adı SSRİ-nin “10 ən yaxşı” hakimi siyahısına daxil edilib ...

Könüllülərə vinq çun döyüş sənətinin xüsusiyyətləri barədə məlumat verilib

06.03.2023 [05:15]
Azərbaycan Vinq Çun Federasiyası 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “Asan Könüllüləri” Təşkilatının asan könüllüləri üçün “Özünümüdafiə ustad dərsləri” adlı seminar təşkil edib. Federasiyadan AZƏRTAC-a bildiriblər ki, seminar Azərbaycan Vinq Çun Federasiyasının ...