Mariya Stadnik: Qələbəmi Azərbaycan xalqına həsr edirəm

11.08.2022 [07:38]
Övladlarım ilk dəfə tribunada mənim mübarizəmi izlədilər. Hər dəfə döşək üzərinə çıxanda övladlarım məni qələbəyə səsləyiblər. Qızım dedi: Ana 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin. Ona görə də finalda nisbətən çox ...

“Real Madrid” futbol üzrə UEFA Super Kubokunun qalibi olub

11.08.2022 [01:02]
Avqustun 11-də Finlandiyanın paytaxtı Helsinkidə futbol üzrə UEFA Super Kuboku uğrunda oyun keçirilib. AZƏRTAC xəbər verir ki, Helsinki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşıblar ...

UEFA Superkuboku: “Real Madrid” komandası matçın birinci hissəsindən sonra hesabda öndədir

11.08.2022 [00:06]
Finlandiyada UEFA Superkuboku uğrunda keçirilən matçın birinci hissəsi başa çatıb. Helsinki Olimpiya Stadionunda təşkil olunan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşırlar ...

Azərbaycan güləşçiləri V İslam Həmrəyliyi Oyunlarına 6 medalla başlayıblar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin medal uğrunda çıxışlarına baxıb

10.08.2022 [23:30]
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar ...

UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşır

10.08.2022 [23:02]
Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilir. AZƏRTAC xəbər verir ki, Helsinki Olimpiya Stadionunda təşkil olunan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşırlar ...

“Neftçi”nin baş məşqçisi: Vyanadakı oyundan qalib ayrılmaq üçün kifayət qədər təcrübəli futbolçularımız var

10.08.2022 [22:56]
Bakıdakı ilk oyunda qələbə qazandıq. Rəqibə hörmətlə yanaşsaq da, Vyanaya yaxşı oyun göstərib qələbə əldə etmək üçün gəlmişik. Bizi çətin oyun gözlədiyini bilirik çünki “Rapid” komandası çox güclü rəqibdir. Əminəm ki, onlar ilk matçla müqayisədə daha yaxşı, ciddi hazırlaşacaqlar. Çünki rəqibin futbolçuları evdə oynayırlar ...

Sərbəst güləşçimiz Abubakr Abakarov V İslamiadada gümüş medalla kifayətlənib

10.08.2022 [21:12]
Sərbəst güləşçimiz Abubakr Abakarov V İslamiadada ikinci olub. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Abubakr Abakarov İran idmançısı Alirza Kərimi ilə final görüşündə ...

Azərbaycan taekvondoçuları V İslamiadada daha iki medala sahib olublar

10.08.2022 [20:48]
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova (67 kq) qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, komandamızın üzvü F.Əzizova finalda iranlı Zeyneb İsmailiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb ...

Azərbaycan güləşçisi Turan Bayramov V İslam Həmrəyliyi Oyunlarını birinci pillədə başa vurub

10.08.2022 [20:37]
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda təmsilçimiz iranlı Firuzpuur Məhəmmədsadıq ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib ...

Hacı Əliyev: Əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır

10.08.2022 [20:32]
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də idmançıları tək qoymadı və bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm. AZƏRTAC xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz ...

İdman gimnastımız İvan Tixonov İslamiadada ikinci olub

10.08.2022 [20:08]
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastikası yarışları davam edir. AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən İvan Tixonov çoxnövçülükdə ikinci olub. Komanda yarışlarında isə millimiz yarışı dördüncü pillədə başa vurub ...

Güləşçimiz Mariya Stadnikə qızıl medalı MOK-un baş katibi Azər Əliyev təqdim edib

10.08.2022 [20:00]
V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında 50 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev təqdim edib ...

Güləşçimiz Hacı Əliyev İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi adını qazanıb

10.08.2022 [19:55]
Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək ...

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10.08.2022 [19:31]
Qadın güləşçimiz Mariya Stadnik ikiqat İslam Həmrəyliyi Oyunlarının qalibi olub. AZƏRTAC xəbər verir ki, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb ...

“Konya-2021”:Millimizin rəqibinə texniki məğlubiyyət veriləcək

10.08.2022 [19:25]
Futbol üzə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarında iştirak edir. AZƏRTAC xəbər verir ki, turnirin təqviminə uyğun olaraq, millimiz bu gün İran yığması ilə qarşılaşmalı idi. Lakin İran yığması turnirə gəlmədiyi üçün qeyd olunan oyun baş tutmayıb ...

İslamiada: Azərbaycanın kişi həndbolçulardan ibarət komandası debüt matçında məğlub olub

10.08.2022 [19:20]
V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbolçulardan ibarət komandası debüt matçında məğlub olub. AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışda millimiz B qrupunda Türkiyə ilə qarşılaşmasında 19:29 hesabı ilə uduzub ...

Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb

10.08.2022 [19:16]
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz qızıl medal uğrunda mübarizə qazanacaq. AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Fəridə Əzizova (67 kq) yarımfinalda rəqibinə qalib gələrək finala vəsiqə qazanıb ...

Azərbaycan güləşçisi Əliabbas Rzazadə V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

10.08.2022 [19:05]
Azərbaycan güləşçisi Əliabbas Rzazadə (57 kq) Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda təmsilçimiz üçüncü yer uğrunda sərbəst güləşçimiz Tacikistan idmançısı Hikmotullo Vohidova 8:7 hesabı ilə qalib gəlib ...

“Konya-2021”: Azərbaycan güləşçilərinin medallar uğrunda həlledici görüşlərdə mübarizəsi başlayıb

10.08.2022 [19:01]
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında medallar uğrunda görüşlərə start verilib. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışlarda əvvəlcə xalça üzərinə Azərbaycan güləşçilərindən Əliabbas Rzazadə ...