UEFA Konfrans Liqası: “Rapid” və “Neftçi” klublarının start heyətləri müəyyənləşib

11.08.2022 [21:18]
Bu gün Vyanada UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaq Avstriyanın “Rapid” və paytaxtın “Neftçi” klublarının start heyətləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Bakı təmsilçisinin start heyətində ...

Sərbəst güləşçimiz Hacımurad Ömərov V İslamiadanın bürünc medalına sahib olub

11.08.2022 [21:10]
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Ömərov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. AZƏRTAC xəbər verir ki, 79 kiloqramda çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Mehir Koşkinbayevi 10:4 hesabı ilə məğlub edib ...

İslamiada: Ölkəmiz idman gimnastikasında ilk qızıl medalını qazanıb

11.08.2022 [20:38]
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib ...

İslamiada: Qadın güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb

11.08.2022 [20:24]
Azərbaycan idmançısı Leyla Qurbanova V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, güləşçimiz Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da ...

İslamiada: Azərbaycanın həndbol yığması yarımfinala yüksəlib

11.08.2022 [20:18]
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. AZƏRTAC xəbər verir ki, yığma B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb ...

Daha bir qadın güləşçimiz bürünc medal qazanıb

11.08.2022 [20:08]
Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşünə çıxıb. AZƏRTAC xəbər verir ki, 62 kq-da rəqib indoneziyalı Herlina Xarişma Tantri olub. Qarşılaşmanı tam üstünlüklə (11:0) başa vuran Omelçenko 3-cü yeri tutub ...

İslamiada: Azərbaycan taekvondoçusu gümüş medalla kifayətlənib

11.08.2022 [20:05]
Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. AZƏRTAC xəbər verir ki, 46 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada mərakeşli Sahib Soukania ilə qarşılaşıb ...

İslamiada: Daha bir güləşçimiz medal qazanıb

11.08.2022 [19:48]
Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.AZƏRTAC-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 70 kq-dakı idmançı 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib ...

AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət ünvanlayıb

11.08.2022 [19:45]
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda "Pünik" və Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət ünavanlayıb ...

Sərbəst güləşçimiz İslam Bazarqanov V İslamiadada ikinci olub

11.08.2022 [19:32]
Sərbəst güləşçimiz İslam Bazarqanov V İslamiadada ikinci olub. AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Özbəkistan idmançısı Cahangirmirzə Turabov ilə qarşılaşıb və görüş 6:6 hesabı ilə başa çatıb ...

Taekvondoçumuz Minayə Əkbərova V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

11.08.2022 [18:46]
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) V İslam Həmrəyliyi Oyunlarında daha bir görüşünü uğurla başa vurub. AZƏRTAC xəbər verir ki, təmsilçimiz yarımfinalda özbəkistanlı rəqibini məğlub etməklə finala yüksəlib. İdmançı bu gün həlledici qarşılaşmada Mərakeş təmsilçisi ilə üz-üzə gələcək ...

Sabah Misli Premyer Liqasında ikinci turun oyunları keçiriləcək

11.08.2022 [18:17]
Sabah futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunları keçiriləcək. AZƏRTAC xəbər verir ki, görüşlər üç günü əhatə edəcək. Birinci turun açılış matçı avqustun 12-də “Zirə” və “Sabah” komandaları arasında olacaq. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat ...

Para-kamandan oxatma üzrə idmançılarımız iki bürünc medala sahib olublar

11.08.2022 [18:03]
Azərbaycanın para-kamandan oxatma üzrə idmançıları V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medala sahib olublar. AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən bu mötəbər yarışda Milli Paralimpiya Komitəsinin Cahan Musayeva və Azadə Abdullayevadan ibarət komandası miks ...

Güləşçilərimiz İslamiadada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar

11.08.2022 [17:34]
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar. AZƏRTAC xəbər verir ki, final mərhələsində İslam Bazarqanov (61 kq) Cahangirmirzə Turabov, Leyla Qurbanova (53 kq) Aktenqe Keunimjayeva ...

İslamiadanın bürünc mükafatçısı: Azərbaycanın bayrağını qaldırdığım üçün çox xoşbəxtəm

11.08.2022 [17:05]
Yarışla bağlı təəssüratlarım çox yaxşıdır. Cəmi iki ildir ki, ağırlıqqaldırma ilə məşğul oluram. Bu, iştirak etdiyim ilk beynəlxalq yarışdır. Buna baxmayaraq, çox yaxşı çıxış etdim. Medal qazanaraq Azərbaycanın bayrağını qaldırdığım üçün çox xoşbəxtəm ...

İslamiada: Daha üç sərbəst güləşçimiz finalda

11.08.2022 [16:58]
Azərbaycanın 3 sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə əldə edib. AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) yarımfinalda iranlı Məcid Dastana (10:0), Gözəl Zutova (72 kq) Ngiri Nyehə ...

Bu gün iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

11.08.2022 [15:52]
Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir. AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə iki cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Belə ki, oğlanlar arasında Vüsal Qələndərzadə, Qadir Hüseynov ...

Azərbaycanın daha bir sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında yarımfinala adlayıb

11.08.2022 [15:49]
Azərbaycanın daha iki sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə əldə ediblər. AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) pakistanlı Məhəmməd Bilala 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib ...

Çimərlik futbolu üzrə millimizin oyunlarının tarixi məlum olub

11.08.2022 [15:47]
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub. AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla ...