Tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün tank bölmələrində məşqlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqlərin məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və çətin relyefə malik ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri yerinə yetirir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.