106 SAYLI TOVUZ-QAZAX-AĞSTAFA SEÇKİ DAİRƏSİ ÜZRƏ 32 NƏFƏRİN NAMİZƏDLİYİ QEYDƏ ALINMIŞDIR
Dairənin ərazisində yerləşən 6 bələdiyyədə 13 boş yer vardır. Namizədlərin 12-si Yeni Azərbaycan Partiyasını, 3-ü isə digər partiyaları təmsil edirlər. Qalan 17 nəfər isə bitərəfdir.
Seçkilər 12 məntəqəni əhatə edəcəkdir.
Tovuz, Qazax və Ağstafa rayonlarında seçkilərə hazırlığın bu mərhələsi normal keçmişdir. Namizədlərin qeydə alınması prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbləri çərçivəsində olmuşdur.