“Dəniz kuboku-2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
“Dəniz kuboku-2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.