İDMAN


“Qarabağ” - “Roma” matçını portuqaliyalı hakimlər briqadası idarə edəcək VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilə İtaliyanın “Roma” klubu arasında keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Artur Dias olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

Bu qrupun digər oyununda “Atletiko Madrid” klubu “Çelsi”ni qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.