İDMAN
“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış idmançı Zabit Səmədov ilə görüş keçirilib VİDEO




Bakı, 17 dekabr, AZƏRTAC
Yanvarın 17-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış idmançı, kikboksçu Zabit Səmədov ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Zabit Səmədov karyerası, keçirdiyi qarşılaşmalar, qazandığı nailiyyətlər barədə iştirakçılara məlumat verib. Azərbaycanda yaxın vaxtlarda yeni kikboks məktəbinin açılacağını qeyd edən Z.Səmədov ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tanınmış idmançı “YARAT” Müasir İncəsənət Mərkəzində açılan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgi ilə də tanış olub.
Zabit Səmədov 1984-cü ildə Gürcüstanda dünyaya göz açıb. Doqquz yaşından idmana maraq göstərməyə başlayan Zabit əvvəllər məşqçi Əziz Dursunovun rəhbərliyi ilə altı ay karate ilə məşğul olub. Sonra muay-tay idman növünə üz tutub. O, 1998-ci ildən Minskdə məşhur “Chinuk GYM” klubunda fəaliyyətini davam etdirir. İdmançımız bu klubda dünya çempionu Dmitri Pyaçeski ilə məşq edir.
Tanınmış idmançı karyerasında peşəkar kikboksinq üzrə bir neçə dəfə dünya və Avropa çempionu, Qran-Pri mükafatının sahibi olub.