İDMAN
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsinə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, turnirin “D” qrupunda yer alan komandamız fevralın 2-də Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşıb.
İtaliyalı baş hakim Angelo Qalantenin idarə etdiyi oyunda millimiz 5:3 hesabı ilə qalib gəlib.
Yığmamızın heyətində Bolinya het-trik edib, Everton Kardoso və Eduardo Borqes isə hərəyə bir dəfə fərqləniblər.
Millimiz növbəti oyununu fevralın 4-də İspaniya millisinə qarşı keçirəcək.
Qeyd edək ki, qrupun ilk oyununda Fransa və İspaniya milliləri üz-üzə gəliblər və görüş 4:4 hesabı ilə başa çatıb. İspaniya ilə oyunun nəticısindən asılı olmayaraq millimiz Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib.