Raket və artilleriya bölmələri təlimlərinin döyüş atışlı mərhələsi icra olunub VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.