SİYASƏT
Aktau və Almatıda Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səsvermə başa çatıb VİDEO
![Aktau və Almatıda Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səsvermə başa çatıb VİDEO](/files/2018/1/1200x630/15234621796219746310_1200x630.jpg)
Aktau, 11 aprel, AZƏRTAC
Qazaxıstanın Aktau və Almatı şəhərlərində Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar keçirilən səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Aktau baş konsulluq şöbəsində qeydiyyatında olan 1300 seçicidən 1138-i səsvermə hüququndan istifadə edib.
Almatı nümayəndəliyində qeydiyyatda olan 459 seçicidən isə 372-si səs verib.
Qazaxıstanda müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, səfirlik və konsulluq əməkdaşları, ailə üzvləri, bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları ölkədə yaradılan seçki məntəqələrində səsvermədə xüsusi fəallıqla iştirak ediblər.
Seçki komissiyalarının bildirdiyinə görə, səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau