“Rəy” Monitorinq Mərkəzi: İlham Əliyev 84,49 faiz səslə irəlidədir VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,49 faiz səslə irəlidədir.
AZƏRTAC “Sechki-2018.az” saytına istinadla xəbər verir ki, Mərkəzin rəhbəri Rizvan Abbasov, “exit-poll”un nəticələrinə görə, səsvermədə seçicilərin 72,3 faizinin iştirak etdiyini bildirib.
Sonrakı yerlərdə namizədlər yığdıqları səs üzrə belə sıralanıb:
Qüdrət Həsənquliyev - 3,72 faiz;
Zahid Oruc - 3,21 faiz;
Sərdar Cəlaloğlu - 3,04 faiz;
Araz Əlizadə - 1,65 faiz;
Hafiz Hacıyev - 1,57 faiz;
Fərəc Quliyev - 1,46 faiz;
Razi Nurullayev - 0,86 faiz.
"Rəy" Monitorinq Mərkəzi “Exit-poll”u 48 seçki dairəsi üzrə 350 məntəqədə 26 min 624 nəfər arasında keçirib.