Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş şəhərciklə tanış olub YENİLƏNİB VİDEO

5 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısına raport verdi.

Məlumat verildi ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə yaşayış və qeyri-yaşayış binaları, hərbi texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımi avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada 14 mənzilli yaşayış binası da inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada hərbi qulluqçuların qidalanmaları üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə klub binası da var. Burada ölkəmizin, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədəki texnikalara baxdı.

Bildirildi ki, 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu PDM-3 döyüş maşınının bazasında olub, düşmənin atış vasitələrini, tank əleyhinə vasitələri susdurmaq və məhv etmək, düşmənin səngərdəki canlı qüvvəsini, yüngül zirehli texnikasını və idarəetmə məntəqələrini məhv etmək, artilleriya və minaatan batareyalarını, raketburaxma qurğularını susdurmaq üçün təyin edilib.

Divizion komandirinin 1V15 idarəetmə kompleksi yüngül zirehli MT-Lbu maşını bazasında divizion komandirinin hərəkətli komanda-müşahidə məntəqəsi olub gündüz və gecə vaxtı ərazinin və düşmənin kəşfiyyatını aparmaq, öz yerini və hədəflərin koordinatlarını müəyyən etmək, sınaq atışına xidmət göstərmək və atəşə düzəlişlər vermək, yuxarı rəislər, ümumqoşun bölmələrinin və digər bölmələrin komandirləri ilə rabitə əlaqəsi saxlamaq üçün nəzərdə tutulub.

Piyadanın döyüş maşını olan PDM-3 piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Başqa qoşun növləri üçün də modernləşdirilmiş nümunələri olan bu maşın şəxsi heyəti çevrəvarı olaraq qəlpə və atıcılıq silahından, üz hissəsi isə 30 millimetrlik mərmilərdən qoruyur.

PDM-2 maşını da piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Onun silahlanmasına 30 millimetrlik 2A42 avtomatik topu, bir 7,62 millimetrlik PKTM pulemyotu və 9M113 tank əleyhinə idarəolunan raket qurğusu daxildir.

Piyadanın döyüş maşını olan BTR 82-A motoatıcı bölmələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Silahlandırmada olan bu zirehli təkərli transportyor motoatıcı bölmələrin şəxsi heyətinin manevr və marş zamanı daşınmasını, su maneələrinin dəf edilməsini, heyət və desantın atıcı silahlardan, mina və mərmi qəlpələrindən qorumaq, o cümlədən düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikasını məhv etmək üçün təyin olunub.

SANDCAT mobil radio idarəetmə məntəqəsi əməliyyat idarəetmə sistemlərində tətbiq olunmaqla hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçündür. SANDCAT mobil radio qovşağı analoq, rəqəmsal açıq, məxfi, sinxron, tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüterlə ötürülməsi və qəbul edilməsi üçün nəzərdə tutulub.

Spike-LR tank əleyhinə idarəolunan raket kompleksi sürətli manevr edərək istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və zirehli texnikalarını məhv etmək üçün təyin edilib. Avtomobilin üzərindəki raketburaxma qurğusu universal, idarəedilən, gecə və gündüz döyüş fəaliyyətlərinin aparılması üçün silah sistemidir. Bu qurğu qabaqcıl texnologiyalı atəşə nəzarət sistemindən ibarət olub uzaq məsafələrə dəqiq atəş açır və şəxsi heyətin qorunmasını təmin edir.

TUFAN-1 radiomaneə stansiyası axtarış aparmaq, texniki analiz, pelenqləmə, yerüstü və hava radiorabitə vasitələrinin, radioşüalanma mənbələrinin yerinin təyin edilməsi, fiksə olunmuş tezliklərin və tezliyin proqramla yenidən qurulması rejimində işləyən radiorabitə xəttinin susdurulması üçün nəzərdə tutulub.

Ali Baş Komandana “ORBİTER-3B” Pilotsuz Uçuş Aparatı təqdim olundu.

Bildirildi ki, cəmi 28 kiloqram çəkisi olan bu aparat 5486 metr maksimal hündürlükdə döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin edilib.

SPİKE-ER tank əleyhinə idarəolunan raket kompleksi istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub. Bu komplekslə yüngül çöl-müdafiə qurğularına səmərəli atəş açmaq, kəşfiyyat xarakterli fəaliyyətlər yerinə yetirmək və yerüstü müşahidə məntəqələrindən müşahidə edilməyən hədəfləri məhv etmək mümkündür.

Bundan əlavə, silahlanmaya yeni qəbul edilən texnikalar arasında zirehləndirilmiş daşıyıcı dartıcı maşın olan və döyüş sahəsində texnikaların təxliyəsini və onların üzərində təmir işlərinin aparılmasını nəzərdə tutan BREML-L, düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv edən və motoatıcı bölmələrin atəş dəstəyini təmin edən 120 millimetrlik 7E2 SANDCAT-SPEAR minaatanı, gecə, gündüz və hər cür hava şəraitində hədəflərin uzaq məsafədən təyin olunması, öyrənilməsi, koordinatlarının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan “Bayquşgöz” və “Şahingöz” elektro-optik müşahidə sistemi, hərbi obyektləri, dövlət orqanlarının binalarını, yüksək səlahiyyətli şəxslərin yaşayış yerlərini, tədbirlər üçün nəzərdə tutulan əraziləri və nəzarət-buraxılış məntəqələrini pilotsuz uçuş aparatlarına qarşı siqnalların aktiv qarışdırılması yolu ilə qoruyan pilotsuz uçuş aparatları əleyhinə sistem - İHASAVAR, istənilən tipdə pilotsuz uçuş aparatlarının aşkarlanması və onlara verilən tapşırıqların yerinə yetirilməsinin qarşısını almaq üçün təyin olunan TUFAN-2M, maddi vəsaitlərə və resurslara qənaət etməklə şəxsi heyətin praktiki atış vərdişlərinin təkmilləşdirilməsi, minaatanın hədəfə vaxtında və dəqiq tuşlama bacarıqlarının artırılması üçün təyin olunan 60, 82 və 120 millimetrlik təlim atəş məşq qurğuları da var.

Bütün bunlar göstərir ki, son dövrlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz müasir silah-sursat, hərbi texnika ilə təmin edilir, yeni hərbi şəhərciklər inşa edilir, mövcud olanları isə ən yüksək səviyyədə yenidən qurulur. Bütün bu tədbirlər Azərbaycan dövlətinin hərbi sahənin inkişafına yüksək diqqət və qayğı ilə yanaşmasının aydın təzahürüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş şəhərciklə tanış olub YENİLƏNİB VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb