Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) XX Səlahiyyətli Konfransı başa çatıb. Azərbaycan bu konfransda yenidən BTİ-nin Şurasına üzv seçilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BTİ-nin Səlahiyyətli Konfransı “İnkişaf üçün texnologiya” devizi ilə 2500-dən çox informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.

Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə səlahiyyətli qurumu olan BTİ 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək vəzifələrini yerinə yetirir.

Dörd ildən bir keçirilən Səlahiyyətli Konfrans isə BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisatdır. Şura Səlahiyyətli konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək və ittifaqın fəaliyyətinin, siyasəti və strategiyalarının günümüzün dinamik və sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə tam cavab verməsini təmin etməkdir. Bunun üçün 4 illik müddətdə hər il toplaşaraq cari fəaliyyət və maliyyə hesabatlarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi və maliyyə və xərclərin monitorinqi təmin olunur, qəbul edilmiş qərarların icrasını yerinə yetirmək üçün tədbirlər görülür.

Oktyabrın 29-dan noyabrın 16-dək keçirilmiş builki konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məhəmməd bin Rəşid Al Məktum, BTİ-nin baş katibi Houlin Zao, ittifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

BTİ-nin baş katibi H.Zao açılış mərasimində çıxışı zamanı bildirib ki, dünyada 4 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də Səlahiyyətli Konfrans çərçivəsində BMT-nin “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində müzakirələr aparılacaq. O qeyd edib ki, BTİ üzv ölkələr arasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də sahə üzrə gender balansı yaratmağı təşviq edir.

“Təhsil, səhiyyə, elektron hökumət və mobil bankçılıq sahəsində İKT-nin tətbiqi dünyada milyardlarla insana geniş imkanlar yaradır. “5G”, süni intellekt, irihəcmli məlumatlar və “Əşyalar interneti” kimi yeni texnologiyalar bizim yaşamaq, işləmək və öyrənmək imkanlarımızı dəyişəcək. Bu gün bütün dünyanı birləşdirən qüvvə İKT-dir”, - deyə baş katib vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreş konfrans iştirakçılarına videomüraciətində bildirib ki, bəzi hallarda yeni texnologiyalardan düzgün istifadə edilməməsi nəticəsində yaranan risklərdən qorunmaq məcburiyyətində qalırıq. Bununla belə, rəqəmli texnologiyalar “Davamlı İnkişaf Məqsədləri”nə nail olmaq üçün həyata keçirilən işləri sürətləndirməkdə mühüm rol oynayır. O, həmçinin qeyd edib ki, bu yaxınlarda BMT tərəfindən rəqəmli əməkdaşlığı inkişaf etdirmək üçün Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb. Bu qrupun məqsədi hamı üçün təhlükəsiz və faydalı rəqəmli texnologiyaları inkişaf etdirməkdir.

Konfransın ilk həftəsinin növbəti günləri BTİ-nin seçkili rəhbər vəzifələrinə - baş katib, onun müavini və 3 Büro rəhbərinin seçkiləri ilə əlamətdar olub. Səlahiyyətli Konfransda keçirilən seçkilərin yekununda bəlli olub ki, növbəti 4 il ərzində də ittifaqa Çin təmsilçisi Houlin Zao başçılıq edəcək. Yeni baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. O, 2019-cu il yanvarın 1-dən etibarən yeni müddət üzrə səlahiyyətlərinin icrasına başlayacaq. Xatırladaq ki, bundan əvvəl də BTİ-nin baş katibi olan Houlin Zao informasiya-kommunikasiya texnologiyaları üzrə mühəndisdir. 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin baş katibinin müavini, ittifaqın İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi fəaliyyət göstərib, bu təşkilatda 1986-cı ildən çalışır.

Digər vəzifələrə keçirilən seçkilərdə Böyük Britaniya təmsilçisi Malkolm Conson BTİ-nin baş katibinin müavini, Koreya təmsilçisi Çausib Lee Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru və ABŞ təmsilçisi xanım Dorin Boqdan Martin Telekommunikasiya İnkişafı Bürosunun direktoru vəzifələrinə seçilib. BTİ-nin Radiorabitə Bürosunun direktoru vəzifəsinə seçkidə isə ikinci turda Uruqvay təmsilçisi Mario Maniyeviç qalib gəlib. Xanım Dorin təşkilatın 153 illik tarixin ərzində seçkili rəhbər vəzifəyə seçilən ilk qadın olub.

Bundan sonra, noyabrın 5-də BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə seçkilər keçirilib. Həmin gün Dubayda keçirilən 20-ci Səlahiyyətli Konfrans ölkəmiz və onun telekommunikasiya sektoru üçün əhəmiyyətli hadisə ilə tarixə yazılıb. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Ölkəmizin ardıcıl olaraq ikinci dəfə şuraya seçilməsi böyük nailiyyətdir.

Həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Həsənova da 115 səslə qələbə qazandı və bu komitəyə seçilmiş ilk Azərbaycan təmsilçisi oldu. Radiorabitə Komitəsinə üzv seçilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan “Radio haqqında” Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiqləyir. Komitəyə 193 üzv-dövlətdən cəmi 12-si daxildir və artıq bu sırada Azərbaycanın da adı var. Bununla da 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz təşkilatın Şurası ilə yanaşı, onun əsas orqanlarından biri olan komitəyə də üzv seçilərək ikiqat uğura imza atdı. Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artması, ölkədə həyata keçirilən dövlət siyasətinin uğurları belə yüksək nəticələrin əldə edilməsinin əsas səbəbidir.

Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində keçirilən plenar iclasda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əhatəli çıxışı ölkəmiz haqqında iştirakçılarda müsbət təəssüratın yaradılmasında, təşviqatın aparılmasında müsbət rol oynadı. Azərbaycanda İKT sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirakdan danışan nazir Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edib. Ramin Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”da öz əksini tapıb.

“Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda, rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64 faizində kompüter var. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, “4G” texnologiyalarının tətbiqini genişləndiririk. İKT infrastrukturuna qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk “TIER III” səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi məkanına çevriləcək”, - deyə nazir bildirib.

BTİ tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasıdır. Ramin Quluzadə bildirib ki, bu layihə “rəqəmli fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.

Səlahiyyətli Konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyənləşdirəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın, öz növbəsində, ittifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanın Səlahiyyətli Konfransda geniştərkibli iştirakını və seçkilərdə qazandığı uğuru yüksək qiymətləndirən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zao bildirib ki, o, Azərbaycanda İKT sahəsində həyata keçirilən işləri yaxından izləyir.

“Ölkəniz bu sahədə çoxsaylı nailiyyətlər əldə edib və “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması təşəbbüsü ilə beynəlxalq səviyyədə İKT-nin inkişafına öz töhfəsini verib. Avrasiya regionunda, eləcə də, dünyanın digər ərazilərində də İKT-nin inkişafını dəstəkləmək üçün Azərbaycan faydalı işlər görür. Biz Azərbaycanın BTİ-nin fəaliyyətində çox fəal iştirakını yüksək qiymətləndiririk və bilirik ki, Azərbaycan BTİ Şurasının üzvü kimi bəzi problemlərin aradan qaldırılması məqsədilə Şuranın üzvləri ilə fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan son illər ərzində keçirilmiş İKT tədbirlərində fəal iştirak etməklə bərabər, həm də özü bu sahədə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Sevindirici haldır ki, Azərbaycan BTİ Şurasına və ilk dəfə olaraq Radio Tənzimləmə Komitəsinə üzv seçilib. Yuxarıda dediklərimə əlavə olaraq bildirmək istərdim ki, Azərbaycanın bu cür böyük nailiyyətlər əldə etməsində ölkə Prezidentinin böyük dəstəyini yüksək qiymətləndiririk”, - deyə Houlin Zao vurğulayıb.

Konfrans davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, eləcə də, ölkəmizə rəğbətin artırılması istiqamətində təbliğat və təşviqat işləri apardı.

Ölkəmizin bu konfransdan yüksək nəticələrlə qayıtmasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin, BMT-nin Cenevrədəki daimi nümayəndəliyimizin, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və konsulluğumuzun mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərir.

Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb