İsmayıllıda baş verən yanğının söndürülməsinə 150 nəfərədək canlı qüvvə cəlb olunub VİDEO
İsmayıllı, 26 avqust, AZƏRTAC
Dünən saat 19:30 radələrində İsmayıllı rayonunun Keyvəndi, Pirəbilqasım və Şəbiyan kəndlərinin ərazilərində başlayan yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin İsmayıllı yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yanğının qarşısının alınması üçün əraziyə 150 nəfərədək canlı qüvvə cəlb olunub. Habelə, İsmayıllı yanğından mühafizə hissəsindən 55 nəfər və 3 maşın, Şamaxı yanğından mühafizə hissəsindən 7 nəfər və 1 maşın, kənd sakinləri, rayonun idarə, müəssisə və təşkilatlarından əlavə qüvvələr yanğının söndürülməsi üçün çalışırlar.