Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda növbəti dəfə M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək VİDEO

Bakıda növbəti dəfə M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək VİDEO

Bakı, 30 avqust, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanı “Bakcell” şirkətinin tərəfdaşlığı ilə oktyabrın 10-dan 20-dək Bakı şəhərində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, M.A.P. Festivalı (Music, Art, Performance - terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.

Əvvəlki iki buraxılışda olduğu kimi, bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.

Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı - Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.

Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açacaq və Bakı tamaşaçılarına əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək. Rimas Tuminasın “Yevgeni Onegin” tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəğbətini qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçılar daha iki tamaşanı - “Medeya” (baş rolda Yuliya Rutberq) və “Lanqustun harayı” Rus Dram teatrında göstərəcəklər.

Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi “Vanya dayı” tamaşası da teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.

Sankt-Peterburqun “Priyut komedianta” Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Azərbaycana gətirəcək. Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl Maska” mükafatına layiq görülüb.

Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıçı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı “Yeni teatr reallığı” nominasiyasında Avropanın Ali Teatr mükafatının laureatı, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib.

M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad sinifləri yer alacaq. Bu haqda daha ətraflı məlumat tezliklə festivalın saytından əldə etmək olar.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil İnternet provayderi olan “Bakcell”, artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir.

M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, “YARAT” Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.

“Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Bəzən mənim teatrım səhnədəki aktyorların sehrli qüvvələrini oyatmaq üçün ziddiyyətli və mübaliğəli ola bilər. Mənim üçün ideal teatr Yeji Qrotovski və Antonen Arto ənənələrində olan teatrdır. Mixail Çexovun və Yeji Qrotovskinin aktyor işinin psixofiziki prosesinin və onların daxili enerjiləri ilə işləmək qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş teatr sistemləri də mənə çox yaxındır.

Sərhədsiz teatr - mən M.A.P. Festivalının konsepsiyasına bununla töhfə vermək istəyirəm. Bu, teatr körpüsünün köməyi ilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən və bir-birini qarşılıqlı hiss edən insanları bir araya gətirən bir festivaldır.

Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi - sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.

Məhz Bakı şəhəri öz gözəl infrastrukturu, çoxsaylı teatr və muzeyləri, park və bulvarları ilə festivalımızın baş qəhrəmanıdır.

Biz dünyaya opera sənətinin xüsusi istiqamətini - muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın.

M.A.P. Festivalının bədii rəhbəri Kamran Şahmərdandır.

 

Bakıda növbəti dəfə M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris-2024”: İlham Zəkiyev bürünc medal qazanıb

Mavi Səma üçün Təmiz Hava Günündə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçirilib

FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək

Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu medal əldə edib

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir VİDEO

Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb

Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub

Astanada Türk Dövlətləri Təşkilatı ölkələrinin ədliyyə nazirlərinin birinci iclası keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan diasporunun nümayəndələri Tatarıstan Respublikası Günü münasibətilə təltif olunub

“Handicraft Baku” platformasının həmtəsisçisi: COP29 bizim üçün əla özünüifadə imkanıdır

Şirvanda qəza olub, iki nəfər yaralanıb VİDEO

Gələn il İtaliyada Ukraynanın bərpasına dair növbəti konfrans keçiriləcək

Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib

Türkiyənin nağıl dünyası və tarixi incisi - Kapadokiya

Finlandiyanın sabiq müdafiə naziri “Hufvudstadsbladet” qəzetinə Qarabağa səfəri haqqında məqalə yazıb

BDU məzunu: Küveytdə təhsilimi başa vurduqdan sonra ölkəmizdə tərcüməçi kimi fəaliyyət göstərməyi planlaşdırıram

Azərbaycan cüdoçusu Avropa çempionatında finala yüksəlib

Türkiyəli ekspert: Terrorçuların Ermənistana maneəsiz gəlməsi regional proseslər kontekstində bir çağırışdır

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

Keniyada internatda yanğından sonra 3 günlük milli matəm elan edilib

Britaniyalı akademik: COP29 Azərbaycan üçün mühüm bir addımdır VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI

Memar Frans Yants: Xalça Azərbaycan xalqının və bu torpağın mədəni kodudur

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nın təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb VİDEO

Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib

Şuşada daha 27 ailəyə evlərin açarları təqdim olunub YENİLƏNİB

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur ŞƏRH

Turan Manafzadə: Türk qadınları olaraq musiqi bağlarımızın daha da möhkəmlənməsinə töhfə vermək qürurvericidir

Azərbaycan Basketbol Liqasında Qubanı təmsil edən komanda olacaq

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı başlayıb

Antiterror əməliyyatı və ermənilərin bundan çıxardığı nəticələr - ŞƏRH

Fransanın 150 şəhər və qəsəbəsində Makrona qarşı etiraz nümayişi təşkil olunur

COP29 Azərbaycan Sədrliyinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqi keçirilib

Naxçıvanda veloyürüş təşkil olunub

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar kitab sərgisi açılıb

“Paris-2024”: Azərbaycan paracüdoçuları bürünc medal uğrunda yarışacaqlar

Fransa Ukraynaya dəstək üçün Rusiyanın 1,4 milyard avro vəsaitini müsadirə edir

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb

“Yagi” qasırğası Çində 1,2 milyondan çox insana ziyan vurub

Pakistan hökuməti elektrik avtomobillərinin təşviqi istiqamətində milli siyasət həyata keçirəcək

Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub VİDEO

“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

Pavel Durov ittiham aktından sonra “Telegram”ı Fransadan çıxarmaqla hədələyir

Paris-2024: Lamiyə Vəliyeva gümüş medal qazanıb

Astronomlar: Sentyabrın 8-də Yerə yaxınlaşacaq Saturn daha böyük və aydın görünəcək

Zəngəzur dəhlizi Türkiyə və Çinin nəqliyyatın şaxələndirilməsi strategiyalarına tam uyğun gəlir- ŞƏRH

Rusiyada xərçəng peyvəndinin sınaqları uğurla başa çatıb

Sabahın hava proqnozu açıqlanıb

Sentyabrın 7-si Mavi Səma üçün Təmiz Hava Günüdür

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Luiz İnasio Lula da Silvaya

Pekin Vaşinqtonu daha sabit iqlim siyasəti yürütməyə çağırıb

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

NASA kosmosda açılmış günəş yelkəninin ilk fotoşəklini yayıb

TASS: İran Prezidenti Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək

Regionlarda məktəb açılışları olub

Türkiyənin kibertəhlükəsizlik üzrə milli strategiyası qüvvəyə minib

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı olub

Qırğızıstan "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb

Dünya birjalarında neft ucuzlaşıb

Xətai rayonunda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var VİDEO

® “AccessBank” “SWIFT IAP Community-Standard Assessment” üçün tender elan edir

ŞKTC komandasının baş məşqçisi: “Ulduz Cup” turniri təcrübə toplamaq üçün yaxşı imkandır

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən üç nəfər saxlanılıb

Azərbaycan çempionatının debütantı iki legioner basketbolçu transfer edib

ADSEA “Formula 1” yarışları ilə əlaqədar texnika və nəqliyyat vasitələrinə baxış keçirib

Polis əməkdaşları Xankəndidə, Şuşada və Xocalıda xeyli sayda silah-sursat aşkarlayıb

Sentyabrın 7-si Beynəlxalq Təmiz Hava Günüdür

Azərbaycan neftinin qiyməti 76 dollara qədər ucuzlaşıb

“Xələflinin poetikası” – yeni nəşrə tənqidçi baxışı

FHN-in təyyarəsi İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Çempionlar Liqası: “Neftçi” bu gün sonuncu oyununu keçirəcək

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

“Paris-2024”: Lamiyə Vəliyeva bu gün növbəti finalına çıxacaq

DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib VİDEO

Co Bayden və Keir Starmer Ağ evdə görüşəcəklər

Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri ilə telefonla danışıb

Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb VİDEO

Şuşaya qayıdan sakin: Çox sevincliyəm ki, doğma torpağımıza qayıdırıq

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

Millətlər Liqası: İtaliya qalib gəlib, Türkiyə xal itirib

Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb

Budapeşt caz klubu nüfuzlu Avropa mükafatına layiq görülüb

Türkiyə mətbuatı: COP29 çərçivəsində “Dayanıqlı gələcək platforması” ekoloji sahədə əlaqələrin möhkəmləndirilməsinə yönəlib

Depressiya xəstələrinin beyninin bir hissəsi iki dəfə böyük imiş: Səbəb, yoxsa nəticə?

Ukrayna mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazıb