Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb VİDEO
Quba, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü 2 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur 1 dərəcəyədək aşağı düşüb.
Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.