Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Uzunluğu 11,4 kilometr olan Zərdab-Qaravəlli avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli Zərdab-Qaravəlli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, suların ötürülməsi məqsədilə 456 poqonmetr dəmir, həmçinin 72 poqonmetr dəmir-beton borular quraşdırılıb, eləcə də asfalt-beton örtüyü döşənib.
Eyni zamanda, avtobus dayanacaqları tikilib, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 kilometr yolgöstəricisinin quraşdırılması, həmçinin xətlənmə işləri aparılıb.