Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsiminin qəzəllər toplusu Ukrayna Yazıçılar Birliyində təqdim olunub VİDEO

Kiyev, 30 noyabr, AZƏRTAC

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ukraynada ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (Haqq yolu mən özüm oldum) kitabının Ukrayna Yazıçılar Birliyində təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış Ukrayna yazıçı və şairləri, elm adamları, Azərbaycanın Ukraynadakı Səfirliyinin diplomatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan AESAL-ın (Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyası) ədəbiyyat məsələləri üzrə katibi Dmitri Çistyak Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini, bu münasibətlə Ukraynada ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” kitabının Nəsimi yaradıcılığını müasir dünyaya tanıdan əlamətdar töhfə olduğunu bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin informasiya departamentinin rəhbəri, yazıçı Yaşar Əliyev çıxış edərək 602 il bundan əvvəl - 1417-ci ildə uzaq Suriyanın Hələb şəhərində dərisi soyulmuş halda, qan içində bu dünyadan gedən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 1369-cu ildə qədim Azərbaycan şəhəri Şamaxıda dünyaya gəlişinin 650 illiyinin indi onun vətənində milli bayram kimi qeyd olunduğunu bildirib. Vurğulayıb ki, bu əzabkeş şairin yubileyi poeziyanın təntənəsinə çevrilir: “Şairin dünyaya gəlişi və dünyadan gedişi. Amma əsl şairlər dünyadan gedirmi? İstər qan içində, dərisi soyulmuş halda, istərsə tabutu gül-çiçəklə bəzənmiş şəkildə... Nəsiminin taleyi göstərir ki, yox!.. Şairin özünü öldürmək olar, amma onun sözünü öldürmək qeyri-mümkündür. Şair sözü ölümsüzdür. Nəsiminin ölümünə fitva verənlər onun şeirlərinin guya küfrlə dolu olduğunu, bu şeirlərdə Allahın təhqir edildiyini əsas gətirirdilər. Amma Nəsiminin şeirləri Allaha sonsuz sevgiylə doluydu. Eyni zamanda, onun yaratdığı insana da. Və öz şeirlərində “ənəlhəq”, “həq mənəm, həq məndədir, həq söylərəm” deyən şair Allahı aşağılamır, əksinə, onun bir zərrəsi olan insanı ucaldırdı. Bu, o dövr idi ki, bir tərəfdən intibah yaşayan Şərq, o biri tərəfdən müharibələr içində çaxnaşır, qan gölündə boğulurdu, düşünən başlar kəsilir və o başlardan təpəciklər qurulurdu. Nəsiminin şeirləri insan həyatının dəyərdən düşdüyü, insan vücudunun döyüş atlarının ayaqları altında tapdandığı bir zamanda insana öz qiymətini anladır, onu öz seçilmişliyinə inandırırdı”.

Daha sonra Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edərək ölkəmizdə “Nəsimi ili”nin elan olunmasını onun irsinə, yaradıcılığına verilən ən böyük dəyər adlandırıb.

“Səfirliyin dəstəyi və təşəbbüsü ilə bu il ərzində Kiyevdə Nəsiminin heykəli ucaldılıb, onun adını daşıyacaq çoxfunksiyalı binanın təməli qoyulub, bir sıra tədbirlər keçirilib. Nəsiminin şeirlərini özündə təcəssüm etdirən kitabın Ukrayna dilində çapı Nəsimi yaradıcılığının araşdırılmasına öz töhfəsini verəcək”, - deyə K.Xəlilov söyləyib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təhsil və elm şöbəsinin müdiri Etimad Muradov, bədii tərcüməçi Püstə Axundova, Ukrayna Yazıçılar Birliyinin Kiyev şəhər təşkilatının rəhbəri Mariya Morozenko, Ukraynanın Əməkdar incəsənət xadimi, dramaturq Vasili Dovjik, Ukraynanın Xalq artisti Vladimir Quba, layihənin məsul katibi Marina Qonçaruk çıxış edərək Nəsimi poeziyasını insan gözəlliyinin, ləyaqətinin tərənnümü, insan ruhunun ölüm üzərində qələbəsi kimi qiymətləndiriblər. Bildirilib ki, onun şeirlərini insanlara sevdirən, ona əsrlərboyu müxtəlif ölkələrdə, hətta qeyri-müsəlman ölkələrində də çoxlu ardıcıllar qazandıran da məhz bu idi. Çünki əsl şairlər dünyanın ayrı-ayrı dillərində yazsalar da, ruhən bir-birinə doğma və qohumdurlar. Qeyd edilib ki, doğrudan da, vicdanı büllur kimi saf, ruhu quş kimi azad və qanadlı olanlar ölümdən güclüdür. Böyük Ukrayna şairi Skovorodanın bu fikrinin təsdiqi həm onun özünün, həm də 650 illik yubileyini qeyd etdiyimiz böyük Azərbaycan şairi Nəsiminin taleyi və şeirləridir.

Mərasimin sonunda Nəsimi yaradıcılığının dünya dillərinə tərcüməsi işinə verdiyi töhfəyə görə Ukrayna şair-tərcüməçiləri - Pavel Movçan, Dmitri Çistyak, kitabın naşiri - İvan Stepuren və layihənin məsul katibi Marina Qonçaruk Mərkəzin fəxri diplomu ilə təltif ediliblər.

Qeyd edək ki, Ukraynanın nüfuzlu “Samit-kniqa” nəşriyyatında çap edilmiş kitab Nəsimi yaradıcılığını toplu halında Ukrayna oxucusuna təqdim edən ilk nəşrdir. Kitaba şairin 200-dən çox qəzəl və rübaisi, onlara dair izah və şərhlər daxil edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Nəsiminin qəzəllər toplusu Ukrayna Yazıçılar Birliyində təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV