Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İsa Həbibbəyli türk dövlətləri elmlər akademiyalarının iştirakı ilə keçirilən onlayn iclasda çıxış edib VİDEO

Bakı, 21 aprel, AZƏRTAC 

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə türk dövlətləri milli elmlər akademiyalarının COVID-19 pandemiyası dövründəki fəaliyyətinə həsr olunmuş onlayn iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin gündəliyində türk dövlətlərində elmin hazırkı vəziyyəti, pandemiya dövründə qəbul olunmuş qərarların təcrübə mübadiləsi, eləcə də elmi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirəsi yer alıb.

Konfransı giriş sözü ilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali açıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə videokonfrans vasitəsilə qatılıb. Alim tədbir iştirakçılarını salamlayaraq koronavirusun geniş yayılması ilə əlaqədar olaraq dünyada yeni bir dövrün yaşandığını, pandemiyaya dair çağırışlar sırasında özünütəcridin ön mövqeyə çıxdığını deyib. Qeyd edib ki, bu, koronavirusdan xilas yolu olsa da, təcridolunma, eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneə törədir, beynəlxalq əlaqələrə böyük zərbə vurur.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət barədə məlumat verən akademik İ.Həbibbəyli bu xəstəliyin yayılmasına qarşı həyata keçirilən tədbirlərin ölkə Prezidentinin nəzarəti altında olduğunu, xalqımızın bu çətin günlərdə dövlət başçısı ilə birgə həmrəylik nümayiş etdirdiyini vurğulayıb. O, işdən təcrid olunmuş əhalinin aztəminatlı təbəqələrinə - 600 mindən çox vətəndaşımıza dövlətimiz tərəfindən aprel və may ayları üçün maliyyə yardımı göstərildiyini diqqətə çatdırıb.

Bəşəriyyət üçün böyük bəla olan pandemiya hadisəsini XXI əsrin xərçəngi adlandıran məruzəçi, bu xəstəlikdən xilas olmaq üçün alimlərin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb: “Düşünürəm ki, bugünkü akademiyaların onlayn konfransı koronavirus şəraitində və pandemiyadan sonrakı mərhələdə elm adamlarının vəzifələrini müzakirə etmək və ortaq qərarlar qəbul etmək baxımından əhəmiyyətli platformadır”.

Alim bundan sonra elmlər akademiyaları ilə birlikdə onlayn seminarlar, simpoziumlar, təqdimatlar keçirməyin vacib olduğunu qeyd edib. Bildirib ki, eyni zamanda, elmimiz hər bir epidemiya hallarına dair uyğun proqnozlar verməyi, konkret elmi təkliflərlə çıxış etməyi bacarmalıdır. Koronavirusun yaranma səbəbləri haqqında səslənən müxtəlif versiyaları birlikdə təhlil edilib obyektiv elmi nəticələr çıxarmalıyıq.

“Müşahidələr göstərir ki, dünyada koronavirus dövrü enişə doğru meyillidir”, - deyən İsa Həbibbəyli ən qısa zamanda bu çətin və məsuliyyətli vəziyyətdən çıxaraq yenidən normal həyata qayıdacağımıza inamını ifadə edib. Qeyd edib ki, Azərbaycanda gedən prosesləri nəzərə alaraq, koronavirusdan xilas olacağımız günün çox da uzaqda olmadığını böyük ümidlə söyləmək olar.

Birinci vitse-prezident, eyni zamanda, Türk Akademiyaları Birliyinə AMEA-nın sədrlik etdiyi 2019-2020-ci illərdəki fəaliyyəti barədə hesabat verib. Akademik İ.Həbibbəyli çıxışının sonunda hər bir konfrans iştirakçısına, tədbirdə təmsil olunan akademiyaların kollektivlərinə səmimi arzularını ünvanlayıb.

Onlayn konfransda, həmçinin digər türk dövlətləri akademiyalarının təmsilçiləri çıxış ediblər. Belə ki, iclasda Qazaxıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bahram Abduhalimov, Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumatayev, Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salahov, Başqırdıstan Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov pandemiya dövründə əməkdaşlıq imkanlarının müxtəlif formalarını təklif edib, ölkələrində koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərdən danışıblar.

Daha sonra Türk Dövlətləri Elmlər Akademiyalarının COVID-19 Pandemiya görüşü ilə bağlı qətnaməsi imzalanıb. Qətnaməni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Tatarıstan və Başqırdıstan Elmlər akademiyaları, eləcə də Beynəlxalq Türk Akademiyasının nümayəndələri imzalayıb. Sənəddə mövcud böhran dövründə türk dövlətlərində və respublikalarında elmi əlaqələrin inkişafı üçün irəliləyişlər etmək, elm adamlarının inteqrasiyasını dərinləşdirmək, türk respublikalarında elm adamlarının təcrübə və nəşrlərini paylaşmaq, birgə layihələr həyata keçirmək, türk dövlətləri və respublikalarında informasiya texnologiyalarının çoxistiqamətli inkişafında səyləri birləşdirmək və s. məsələlər yer alıb.

Sonda Türk Akademiyaları Birliyinə Qırğızıstan Elmlər Akademiyasının sədrlik etməsi barədə qərar qəbul edilib.

Akademik İsa Həbibbəyli türk dövlətləri elmlər akademiyalarının iştirakı ilə keçirilən onlayn iclasda çıxış edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına