Azərbaycan Dövlət İnformasiya Agentliyi

149 il əvvəl əkilən toxumlar gülüstan yaratdı

149 il əvvəl əkilən toxumlar gülüstan yaratdı

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabini, onun qələm yoldaşlarını, maarifçi silahdaşlarını, demokratik fikir ortaqlarını, milli mətbuatımızın inkişafına xidmət etmiş bütün fədakar aydınlarımızı dərin hörmətlə anırıq. Gələn il 150 illik əlamətdar yubileyi bayram ediləcək milli mətbuatımız ağrılı-acılı, xeyirli-uğurlu, sevincli və kədərli dönəmlərdən keçib, senzuralar, qapanmalar görüb, Xalq Cümhuriyyəti dönəmində “Azərbaycan”a dönüb – daha çox azərbaycanlaşıb, dövlətləşib, cümhuriyyət məzmunu qazanıb. Sonra 28 aprellə başlayan işğal, ardınca sovetləşmə dönəmi, Stalin repressiyası, allahsızlar cəmiyyəti və o cəmiyyətin mətbu orqanı daxil olmaqla travmatik proseslər baş verib... Daha sonra sovet sisteminin özündə belə durulmağa, sistem təzələnməsinə ehtiyac duyulub, repressiya qurbanlarına rəsmi bəraət dönəmləri gəlib, ötən əsrin 60-cı illər yumşalması müşahidə olunub... Ondan sonra isə Azərbaycanda yeni dönəm başlayıb – bu dönəm ümumölkə inkişafı, o cümlədən mətbuatın inkişafı dönəmidir və Heydər Əliyevin adı ilə sıx bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın “149 il öncə əkilən toxumlar gülüstan yaratdı” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “55 il əvvəl başlayan həmin dönəm Azərbaycanın həyatında bütün əməli çalışma sahələri üzrə yeni fəsil açdı. Mətbuatımız da ölkəmiz kimi, çiçəklənməyə başladı – öz yaddaşı, öz irsi və gələcəkyönümlülüyü ilə.. Ümummilli Liderin dediyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”...

XIX yüzillikdə “Əkinçi”nin (1875-ci il 22 iyul – 1877-ci ilin sentyabrı), XX əsrdə Cümhuriyyətimizin ömrü (1918-ci il 28 may –1920-ci il 28 aprel) iki il çəkmiş olsa da, hər iki əziz dövrdə əkilmiş toxumlar milli ruhumuzu, milli qürurumuzu, əzmimizi, ümid və inamımızı cücərtmiş oldu. Çəkilən zəhmətlər, axıdılan alın təri torpağın mayalanmasına və havalanmasına, Günəşin daha dərin nöqtələrə şəfəq saçmasına, mədəniyyət iqlimimizin daha çox ünvan qazanmasına, xalqımızın mədəni səviyyəsinin yüksəlməsinə ciddi təsirlər göstərdi. Nəhayət 70 ilə yaxın çəkən sovet dönəmi başa çatdı, sağlam toxumlar öz bəhrəsini verməyə başladı. Millətin ölməz ruhunun işığı hər yerə yayıldı...

İşə elə gətirdi, qarşımıza yenə qara buludlar çıx(arıl)dı, dolu döydü, tufan qopdu, fəlakətlər yaşandı amma ana torpaq, ulu Günəş, ölməz milli ruh milləti, ölkəni ayağı torpaqda, başı Günəşdə olmağa, ayağını yerə bərk basmağa çağırdı, gələcəyə inam aşıladı.

Cümhuriyyətimiz elan olunmamışdan, dövlət müstəqilliyimiz bərpa edilməmişdən əvvəl də milli mətbuatımız var idi. Müstəqillik haqqında yazarkən, yalnız 1918-ci il 28 may – 1920-ci il 28 aprel aralığını və 1991-ci il 18 oktyabrdan sonrakı dönəmi vurğulamırıq. Əlbəttə, mümkün olan hər məqamda xalqa, doğma Vətənə, müstəqillik eşqinə xidmət edən mətbuat xadimlərimiz olub. Müstəqilliyin bərpasından sonrakı dönəmdə də yenə Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışının gətirdiyi əvəzolunmaz yenilikləri qədirşünaslıqla yad edirik. Bütün digər dəstəkləri, fərmanları bir qırağa qoysaq belə, ölüm hökmünün və senzuranın ləğvini xatırlatmaq Heydər Əliyev uzaqgörənliyini, dühasını göstərmiş olur. Ölüm hökmü və senzura! Bütün qalan addımlar bu iki böyük addım (iki tarixi Fərman!) olmadan nəyə yarayardı?! Heydər Əliyevin adını milli mətbuatımızla, ümumilikdə Azərbaycan adı ilə yanaşı çəkməyimiz məhz bu böyük işlərə minnətdarlığın ifadəsidir.

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”, - söyləyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu yüksək qiyməti mətbuatımıza həm şərəf, həm də məsuliyyət gətirir. Çox şadıq ki, ölkəmizin, xalqımızın son illər yaşadığı ən böyük hadisələrdə - İkinci Qarabağ müharibəsində, postmüharibə dönəmində mətbuatımızın həm sevdalı, həm peşəkar fəaliyyəti o şərəf və məsuliyyətə nə dərəcədə cavab verdiyini göstərdi.

Azərbaycan mətbuatı artıq qlobal informasiya şəbəkəsinin bir parçasıdır. İndi milli mətbuatımız qalib Azərbaycanın həqiqətlərini yayır, təbliğ-tərənnüm edir. Könül dostlarımızın sözü ilə desək, biz xarici mətbuatı da ölkəmizə “gəldim, gördüm, yazdım” formulu üzrə çağırırıq. Gəlsələr, görsələr, sevəcəklər, sevərək yazacaqlar, yazaraq sevəcəklər. O ki, qaldı qərəzkarlara, onlar üçün fərqi yoxdur – görsünlər ya görməsinlər, onların öz bədnam missiyası var: qaralama!.. Ancaq bu, əlbəttə, əsl mətbuatın missiyası deyil. Əsl mətbuat aydınlaşdırmaqdır!

Beləliklə, qalib Azərbaycanın mətbuatı yeni məqsədlərə yönəlməlidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”.

Bayrağımız uca, qəzetimiz, dərgimiz oxunar, radiomuz eşidilər, televiziyamız baxılar, saytlarımız da rəqabətədavamlı olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır