CƏMİYYƏT
15 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Bakı, 19 aprel, AZƏRTAC
“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar olaraq aprelin 12-dən 17-dək ümumilikdə 15 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb.
Onlardan 4-ü Səudiyyə Ərəbistanı Krallığı, 2-si Rusiya Federasiyası, 2-si Ukrayna, 2-si İspaniya, 1-i Türkiyə, 1-i Macarıstan, 1-i Hindistan, 1-i Almaniya, 1-i isə İordaniya istehsalıdır.