“Frankfurter Allgemeine” nəşrində dinc Gəncə şəhərinin gecənin bir aləmində ermənilər tərəfindən bombalanması barədə videoreportaj yerləşdirilib VİDEO
Budapeşt, 12 oktyabr, AZƏRTAC
Nüfuzlu “Frankfurter Allgemeine” qəzetində Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması barədə videoreportaj yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, kadrlarda Gəncə şəhərinin yaşayış məhəllələrinin gecənin bir aləmində erməni silahlı qüvvələri tərəfindən barbarcasına atəşə tutulması nəticəsində əmələ gələn dağıntılar əks olunur.
Videoreportajda bu hadisələr barədə danışan şahidlərin müsahibələri də yer alıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt