Baş Prokurorluq: Düşmənin dinc əhalini hədəfə alması nəticəsində 47 nəfər həlak olub, 222 nəfər xəsarət alıb

Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 47 nəfər həlak olub, 222 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [11:12]
Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək
- 10.07.2025 [11:08]
“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub
- 10.07.2025 [11:08]
Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib
- 10.07.2025 [10:46]
BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
- 10.07.2025 [10:41]
DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
- 10.07.2025 [10:36]
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub
- 10.07.2025 [10:32]
Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub
“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
- 09.07.2025 [23:36]
2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub
- 09.07.2025 [23:16]
“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib
- 09.07.2025 [21:37]
Babək Quliyevə UEFA-dan növbəti təyinat
- 09.07.2025 [21:21]
Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb
- 09.07.2025 [21:10]
Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb
- 09.07.2025 [20:11]
Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq
- 09.07.2025 [19:34]
Albert Riera: "Sabah" klubuna hörmət edirik
- 09.07.2025 [19:24]
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09.07.2025 [19:21]
Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib
- 09.07.2025 [18:45]