Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən şəxsi mərdlik, igidlik, cəsarət və fədakarlıq göstərərək düşmənin əsas qruplaşmalarının və döyüş texnikasının məhv edilməsində fərqlənən bir qrup tankçı, eləcə də şəhid tankçıların ailə üzvləri, qazilər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğulub boya-başa çatdığı Lənkəran şəhərinə səfər edərək əfsanəvi sərkərdənin abidəsini, həmçinin ev-muzeyini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Həzi Aslanov adına Xatirə parkında görkəmli hərbi xadimin abidəsi qarşısına əklil qoyaraq xalqımızın qəhrəman oğlunun, həmçinin şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Məlumat verilib ki, bu möhtəşəm abidə şəxsən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və ötən əsrin 80-ci illərinin əvvəllərində qəhrəmanın anadan olduğu Lənkəran şəhərində təntənəli açılışı keçirilib.

Monumental sənət əsərinin müəllifi əslən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən pərvazlanan keçmiş sovetlər birliyinin tanınmış heykəltaraşı Əməkdar incəsənət xadimi, xalq rəssamı Cəlal Qaryağdıdır.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinin qarşısında ziyarətçıləri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və muzeyin əməkdaşları qarşılayıblar. V.Nəsirli “Dəmir Yumruq” əməliyyatının - 44 günlük Vətən müharibəsinin iştirakçıları olan Azərbaycan Ordusunun igid tankçılarını, tankçı şəhidlərin ailə üzvlərini, tankçı qaziləri salamlayaraq, qəhrəman Həzinin ata ocağında onlarla birlikdə olmaqdan qürur duyduqlarını bildirib.

COVID-19-la bağlı fəaliyyəti müvəqqəti olaraq dayandırılmış muzeyin əməkdaşları bu gün ilk qonaqlarının məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanlarında misilsiz şücaət göstərən Həzi kimi unudulmaz qəhrəmanların davamçıları olduğundan çox seviniblər.

Həzi Aslanovun 8 yaşında əkdiyi innab ağacının qarşısındakı qəhrəmanın büstü önünə Vətən müharibəsinin iştirakçıları adından əklil qoyulub, Həzi Aslanovun və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin layihə müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani anım mərasimini açıq elan edərək Həzi Aslanovun hər bir vətən əsgəri üçün örnək olan şərəfli ömür və döyüş yolundan geniş söhbət açıb. Həzi Aslanovun ölkəmizdə, eləcə də, keçmiş sovetlər birliyinin ayrı-ayrı respublikalarında, şəhərlərində adının əbədiləşdirilməsi, döyüş yolunun təbliği istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri xatırlanıb və bu ənənələrin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycanın şanlı hərb tarixinə “Zəfər ili” kimi daxil olan 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 100 illiyi haqqında” Sərəncamından irəli gələn vəzifələr Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, o cümlədən respublikanın mədəniyyət və təhsil ocaqlarında uğurla həyata keçirilib. Müdafiə Nazirliyinin tədbirlər planına əsasən təşkil olunan bir çox mədəni kütləvi tədbirə Həzi Aslanovun ev-muzeyi ev sahibliyi edib və bu tədbirlərdə gənclər qəhrəmanın həyat və döyüş yolu barədə ilk dəfə yeni-yeni məlumatlarla tanış olublar.

Vətən müharibəsində xidmətlərinə görə beş medalla təltif olunan tank bölüyü komandiri baş leytenant Ayaz Heydərli digər qoşun növlərinin şəxsi heyətləri ilə yanaşı, tankçıların da Böyük Zəfərin qazanılmasında müstəsna xidmətləri olduğunu vurğulayıb, şəhid silahdaşlarının adlarını iftixarla çəkib.

Ölümündən sonra “İgidliyə görə”, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və digər döyüş medalları ilə təltif olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fariz Zülfüqarzadənin atası Fərhad Zülfüqarzadə hər bir tankçının simasında şəhid oğlunu gördüyünü və onunla qürur duyduğunu bildirib.

Keçən il Beynəlxalq Hərb Oyunları çərçivəsində Moskvada keçirilən və dünyanın 40-dan çox ölkəsinin hərbçilərinin qatıldığı “Tank Biatlonu” müsabiqəsində 2-ci yeri tutan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, tank heyətinin tuşlayıcı-operatoru Pərvin Həsənovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan igid tankçı deyib: “Şəhidlərimizin qisasını alsam da, təəssüf edirəm ki, üzərində Həzi Aslanovun adını yazdığımız tankla Şuşaya gedib çata bilmədim. Ağır yaralandım və döyüşlərdə qolumu itirdim. Bu gün qəhrəman Həzinin ocağına qalib ordunun qalib əsgəri, qalib dövlətin qalib vətəndaşı kimi gəlmişəm. Bu mənim xoşbəxtliyimdir, ən böyük mükafatımdır”.

Tank tağımı komandiri gizir Fuad Zeynalov Prezident Sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. “Cəlilabadın Göytəpə şəhərindən olan bu gənc tədbirdə özünün igidlikləri barədə deyil, tank sürücü-mexaniki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüqar İbadov haqqında danışıb: “Tankçı olmaq Vüqarın uşaqlıq arzusu idi. O, həmişə deyərdi ki, mən Həzinin davamçısı olmaq, onun faşistlər üzərindəki qəhrəmanlıqlarını torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə təkrarlamaq istəyirəm. Vüqar arzusuna çatdı və möhtərəm Prezidentimiz də onun xidmətlərini yüksək qiymətləndirdi. O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu. Keşkə Vüqar da bu gün Həzi ocağında keçirilən bu vətənpərvərlik tədbirində bizimlə bir yerdə olaydı. Bircə təsəllim ondadır ki, o, arzusuna çatdı. Həzi Aslanovun faşistlər üzərində qəhrəmanlıqlarını torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə təkrarladı və şəhidlik zirvəsinə ucaldı. İndi mən və tankçı qardaşlarım onun kimi şəhid oğulların yarımçıq ömürlərini də öz ömürlərimizə qatıb yaşatmalıyıq və yaşadırıq da”, - deyərək Fuad Zeynalov kövrəlib. Sonra məlum olub ki, Vüqarla Fuadın soyadları fərqli olsa da onlar doğma qardaşdırlar.

Lənkəran rayon Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə qonaqları Lənkəran gəncləri adından salamlayaraq onlarla fəxr etdiklərini bildirib və bir daha onları möhtəşəm qələbə münasibətilə təbrik edib.

M.Cəfərzadə nəzərə çatdırıb ki, müharibənin ilk günlərindən bütün xalqımız kimi, lənkəranlılar da bir nəfər kimi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək həm arxa, həm də ön cəbhədə qələbə naminə səylərini əsirgəməyiblər. Yüzlərlə lənkəranlı gənc bu torpaqdan pərvazlanan Həzi Aslanovun, Baloğlan Abbasovun və yüzlərlə qəhrəmanın igidliklərini təkrarlayaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda bütün cəbhələrdə fədakarlıqlar göstəriblər. Bu gün də lənkəranlı gənclər Azərbaycan naminə Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.

Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanmış tank komandiri gizir Rəşad Feyzullayev artıq müalicəsini başa vurub və bu günlərdə yenidən silahdaşlarının yanına qayıdacağını və o günü səbirsizliklə gözlədiyini dilə gətirib.

Tank komandiri gizir Elvin Müseyibov (Cəbrayıl azad olunan gün ağır yaralansa da, həmin gün təkidlə xəstəxananı tərk edərək yenidən döyüşlərə qayıdıb), tank heyətinin texniki baş gizir Xəyyam Ələkbərov və tank heyət üzvləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Elbrus Qaraxanov, Fərid Əliyev, Şücaət Abdullazadə və başqalarının çıxışları, xatirələri maraqla qarşılanıb. Onlar Həzi Aslanovun davamçıları kimi Vətən müharibəsində iştiraklarından qürur duyduqlarını fəxrlə qeyd ediblər.

Qəhrəman sərkərdənin nəvəsi polis zabiti Emin Aslanov işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarından Həzi Aslanovu ziyarətə gələn igid tankçıların bu gəlişləri ilə Həzinin ata ocağına yeni canlanma gətirdiklərini qeyd edib və onlara minnətdarlığını bildirərək bundan sonrakı xidmətlərində uğurlar arzulayıb.

Görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş fotosərgi ilə tanışlıqdan sonra muzeyin direktoru Cəmilə Şərifovanın bələdçiliyi ilə ziyarətçilər ev-muzeyinin ekspozisiyası ilə tanış olublar. Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən foto, sənəd və digər nadir eksponatlar haqqında geniş və ətraflı məlumat verilib.

Muzey direktoru sonuncu otaqda Həzi Aslanovun yadigar gimnastyorkasını ziyarətçilərə təqdim etdikdən sonra keçən ilin yanvar ayında əfsanəvi sərkərdənin xatirə günündə Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehlərindən olan igid tankçı baş gizir Paşa Mehtiyevin tankçılar adından muzeyə bağışladığı Azərbaycan Ordusunun tankçı geyimini də təqdim etməyi unutmayıb. “Yəqin ki, Paşa Mehdiyev də sizin sıralarınızdadır” deyə soruşanda bir anda salona sükut çöküb. Məlum olub ki, Paşa Mehdiyev Vətən müharibəsinin ilk günündə qəhrəmancasına şəhid olub.

Bu xəbər muzey əməkdaşlarını mütəəssir edib. Lakin, tankçıların bir ağızdan “Hər birimiz Paşayıq!” deməsi salona yeni bir ruh gətirib.

Tank komandiri gizir Taleh Paşayev Paşa Mehdiyevin vurulduğu tankdan götürülmüş bir ovuc külü muzeyə təqdim edərək Həzi Aslanovun məzarından götürülən torpaqla yanaşı qoyulmasını xahiş edib.

Xatirə olaraq tankçılara Əməkdar incəsənət xadimləri Musa Bağırov və Abdulla Qurbaninin Həzi Aslanov haqqında yazdıqları kitablar bağışlanıb.

Vətən müharibəsi iştirakçıları adından ev-muzeyinin həyətində çinar ağacı əkilib.

Qəhrəmanın nəvəsi polis general-mayoru Həzi Aslanov telefon əlaqəsinə girərək rəşadətli Ordumuzun qəhrəman tankçılarını salamlayıb. Bütün uğurlarımızın səbəbkarı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə Aslanovlar ailəsi adından dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və tankçılar qəhrəman sərkərdə Həzi Aslanovun boya-başa çatdığı Lənkəran şəhərindən, ata ocağından xoş təəssüratlarla ayrılaraq xidməti yerlərinə qayıdıblar.

Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO