SİYASƏT
Karlos Uriarte: Azərbaycan xalqına başsağlığı verir, onlarla həmrəy olduğumu bildirirəm VİDEO
Madrid, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Qarabağ müharibəsində xeyli dinc vətəndaşını itirdi.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Madriddəki səfirliyində təşkil olunan Anım Günündə iştirak edən Kral I Xuan Karlos adına Universitetin hüquq professoru, vəkil, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançes agentliyə müsahibəsində bildirib.
K.Uriarte deyib: “Bu gün biz Qarabağ müharibəsinin birinci ildönümünə həsr olunan tədbirdə iştirak edirik. Bu gün biz buraya Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad etməyə gəlmişik. Azərbaycan xalqına başsağlığı verir, onlarla həmrəy olduğumu bildirirəm”.
K.Uriarte işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa işlərinin aparılmasından məmnunluğunu ifadə edib.
“Hesab edirəm ki, İspaniya şirkətləri ərazilərin abadlaşdırılmasında, xüsusən də belə adlandırılan “yaşıl” layihələrin, məsələn, günəş və külək enerjisinin istehsalı sahəsində layihələrin icrasında Azərbaycan tərəfi ilə əməkdaşlıq edə bilərdi”, - deyə ispaniyalı hüquqşünas əlavə edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid