Tural Gəncəliyev ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa cəhd göstərən erməni deputatları sərt tənqid edib VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
ATƏT Parlament Assambleyasının bir qədər əvvəl keçirilən onlayn payız sessiyasında “Aralıq dənizi hövzəsində və Əfqanıstanda cari vəziyyət” mövzusu müzakirə olunan vaxt Ermənistandan olan deputatlar ölkəmizin ünvanına yenə də qarayaxma kampaniyası aparmağa cəhd göstərib və bir sıra sərsəm ifadələr səsləndiriblər.
AZƏRTAC xəbər verir ki, qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü, deputat Tural Gəncəliyev erməni deputatları kəskin tənqid edib. Deputat ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olduğunu, söz oyunu meydanı olmadığını ermənilərin diqqətinə çatdırıb.
Tural Gəncəliyev erməni deputatları sərt formada qınayaraq onlara uşaq xəyalları ilə yaşamağı deyil, mövcud reallığı qəbul etməyi tövsiyə edib.