İstanbulda Türkiyənin ilk qadın vəkili - azərbaycanlı Sürəyya Ağaoğlunun xatirəsinə həsr olunan sərgi açılıb VİDEO
İstanbul, 21 dekabr, AZƏRTAC
İstanbulda Türkiyənin ilk qadın vəkili - azərbaycanlı Sürəyya Ağaoğlunun xatirəsinə həsr olunan sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, S.Ağaoğlunun vəfatının 32-ci ildönümü ilə əlaqədar İstanbul metrosunun stansiyalarından birində təşkil olunan sərgidə tanınmış vəkilin həyat və yaradıcılığına dair fotoşəkillər nümayiş etdirilir.
Dekabrın 20-də açılan sərgi bu ayın sonunadək davam edəcək.
Qeyd edək ki, S.Ağaoğlu 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ölkəmizin ictimai-siyasi fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun ailəsində anadan olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul