Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəlliklərini əks etdirən videoçarx və BDU-nun infoturu təqdim olunub.

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü ilə çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu istiqamətdə Bakı Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bir çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. həyata keçirilib, kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Elçin Babayev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edib. O, Nizami irsinin, sadəcə, ədəbiyyat deyil, eyni zamanda, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini vurğulayıb. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Humanitar elmlər kafedrasının professoru Nazim Səfərov çıxış edib. O deyib: “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfransın işinə uğurlar diləyir, Sizi Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayevanın və Universitetin kollektivi adından ürəkdən salamlayıram.

Azərbaycan tarixən sivilizasiyalar arası dialoqun inkişafına öz töhfəsini verərək, bəşəriyyətə bədii fikir salnaməsində yeni səhifələr açmış nadir şəxsiyyətlər bəxş etmişdir. Belə nadir şəxsiyyətlərdən biri olan Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xalqımızın bədii-estetik duyumunun, mənəviyyatının ayrılmaz hissəsinə çevrilən Nizami Gəncəvi irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində ən qiymətli incilərdən biridir. Müdriklik, hikmət və gözəllik şairi Nizami Gəncəvi böyük bir ədəbi məktəbin bünövrəsini də qoymuşdur. Onun məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri, əlyazmaları miniatür sənətinin inkişafına da böyük təkan vermişdir.

Müasir dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərarası dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi dahi şairin zəngin irsinin daha dərindən öyrənmək və dünyada geniş təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Bunlarla yanaşı Nizaminin ədəbiyyatda və incəsənətdə yadda qalan obrazı da yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır.

Sevindirici haldır ki, 2013-cü ildə Oksford Universitetində Nizaminin adını daşıyan Oksford Universitetinin Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Nizami Gəncəvi Elmi Mərkəzi yaradıldı. Bu mərkəz Birləşmiş Krallıqda Azərbaycanı hərtərəfli, sistemli öyrənən ilk və yeganə elmi-akademik qurumdur. 2018-ci il aprelin 23-də Oksford Universitetinin Bodleyn Kitabxanasının əsas binasında professor Nərgiz Paşayeva və Oksford Universitetinin Bodleyn Kitabxanasının direktoru, Amerika Filosoflar Cəmiyyətinin və Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden arasında keçirilən görüş zamanı Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifi irəli sürüldü. Qarşı tərəf təklifi müsbət qarşılamışdır. Bu gün həmin kitabxana Nizami Gəncəvinin adını daşıyır.

2018-ci ilin may ayının 23-də Oksford Universitetinin vitse-kansleri professor Luiz Riçardson ilə Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında ikitərəfli müqavilə imzalanmışdır. Ədəbiyyat, tərcüməçilik, tarix, arxeologiya, tədris və mədəniyyət sahələrində işini uğurla həyata keçirən Mərkəz Nizami irsinin tədqiqi və təbliğində də xüsusi rola malikdir. Belə ki, 2017-ci il iyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsasını qoyan məşhur rəssam Lord Leytonun ev muzeyində Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin şərqşünas-alim Yevgeniy Bertelsin “Böyük Azərbaycan şairi Nizami” ("The Great Azerbaijani Poet Nizami") kitabının ingilis dilində ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilmişdir. Bu kitab ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxmışdır. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmamışdır. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən zəngin və tanınmış kitabxanalarından olan Britaniya Kitabxanasından götürülmüş və nəfis şəkildə Britaniyanın “Gilgamesh” nəşriyyat evində çap edilmişdir. Qeyd olunan kitab stenddə nümayiş olunur, konfrans iştirakçıları yaxınlaşıb fasilədə götürə bilərlər.

Mərkəzin loqosuna nəzər salsaq görərik ki, burada XII əsrin sonu - XIII əsrin əvvəlinə aid edilən ağ gildən hazırlanmış zər naxışlı fayans qabın üzərindəki təsvir əks olunmuşdur. AMEA-nın tarix muzeyində saxlanılan fayans qab arxeoloqlar tərəfindən Beyləqan ərazisində - Örənqalada tapılmışdır. Tədqiqatçıların gəldiyi qənaətə görə, təsvir Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin süjetinin motivlərinə əsaslanır. Mərkəzdə əsərin qəhrəmanı Bəhram Gur, ətrafda isə dünyanın yeddi müxtəlif ölkəsindən olan yeddi gözəl təsvir olunmuşdur. Oksford Universitetinin tərkib hissəsi və Nizami Gəncəvinin adını daşıyan Elmi Mərkəz bu gün də fəaliyyətini uğurla davam edir və daim bu adla davam edəcək.

Onu da qeyd etmək istərdik ki, bugünkü tədbirdə Moskva Dövlət Universitetindən və Oksford universitetindən dəyərli alim və tədqiqatçıların iştirakı nəzərdə tutulmuşdu, təəssüf ki, onların pandemiya ilə bağlı səfərə çıxmaq və iştirak etmək imkanı olmadı.

Bilirsiniz ki, yubileylə bağlı dahi Nizami Gəncəvinin parlaq və zəngin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Ümidvarıq ki, Nizami Gəncəvi irsinin müxtəlif aspektlərdən və yeni yanaşma əsasında tədqiqi onun ideyalarının təbliğinə - sülhün, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışların dünyaya çatdırılmasına öz töhfəsini verəcək.

Bu cür mötəbər tədbirlərin davamlı olmasını diləyir və konfransın işinə bir daha uğur arzulayıram! Konfransa gələn qonaqlar Azərbaycandan sevgi və uğurlar aparsınlar!”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bu beynəlxalq elmi konfransın elmi-pedaqoji, gənclərin tədqiqata cəlb edilməsi baxımından da xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Akademik 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb, həmçinin ulu öndər Heydər Əliyevin Nizami irsinə xüsusi diqqət yetirməyin böyük ənənəsini qoyduğunu xatırladıb. Qeyd olunub ki, Nizami Gəncəvinin yaradıcılığı dövlətçilik düşüncəsi baxımından da maraqlıdır.

Akademik Nizami Cəfərov Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin uğurlu fəaliyyətini vurğulayıb.

Açılış mərasimində, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva, Türkiyənin Fırat Universitetinin professoru Süleyman Kaan Yalçın, Fırat Universitetinin rektoru professor Fahrettin Göktaş (onlayn), Tacikistan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Şodimuhamməd Sufizodə, Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutunun professoru Gülcaxon Cumanazarova, Türkiyənin Bilkənt Universitetinin professoru Rasim Özyürek (onlayn), Rusiyanın Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru Güzalya Həziyeva, Türkiyənin Akdeniz Universitetinin professoru Oğuzxan Qaraburqu çıxış ediblər. Çıxışlarda böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğu vurğulanıb, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışılıb. Qeyd edilib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib, Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Konfransın plenar iclasında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Türk-müsəlman intibahı: Fərabi fəlsəfəsindən Nizami poeziyasına qədər”, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Nizami Gəncəvini böyük Azərbaycan və dünya şairi olmağa ruhlandıran amillər və meyarlar”, Türkiyənin Fırat Universitetinin professoru Süleyman Kaan Yalçın “Nizami Gəncəvi ekosemiotik dil kontekstində” mövzusunda məruzə ediblər.

Beynəlxalq tədbirdə akademik Rafael Hüseynov Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Şərqşünaslıq” jurnalı haqqında məlumat verib. Jurnalın ilk nömrəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş məqalələr öz əksini tapıb.

Konfransda Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi, fəlsəfi fikir tarixində Nizami fenomeni, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Nizami və tarix, Nizami və folklor, Nizami və dünya ədəbiyyatı, Nizami və türk xalqları ədəbiyyatı, Nizami əsərlərinin mənbələr, Nizami yaradıcılığında didaktika, Nizaminin ictimai baxışları, Nizami irsi dünya mədəniyyəti kontekstində, Nizamişünaslıq müasir mərhələdə, Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi, Nizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları istiqamətləri üzrə müzakirələr aparılır.

Açılış mərasimində Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin direktoru professor Edmund Hersiqin konfrans iştirakçılarına təbrik məktubu təqdim olunub. Təbrikdə deyilir: “Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi Nizami Gəncəvinin 880-illik yubileyinə həsr olunmuş bugünkü konfransın bütün iştirakçılarını salamlayır, onlara bu böyük şairin yaradıcılığının daha yaxşı dərk edilməsi və daha geniş şəkildə qiymətləndirilməsi istiqamətində elmi fəaliyyətlərində və əməkdaşlıqlarında uğurlar arzulayır”.

Mərasim bədii hissə ilə davam edib, Xalq artisti Samir Cəfərov Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili canan” romanslarını ifa edib, BDU tələbələrinin ifasında N.Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan bədii kompozisiyalar səhnələşdirilib.

Konfrans işini sabah da davam etdirəcək.

BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO