Beyləqanda “Bayramınız mübarək, qəhrəman övladları” adlı bayram şənliyi təşkil edilib VİDEO
Beyləqan, 31 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonunda şəhid övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş “Bayramınız mübarək, qəhrəman övladları!” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə 100-ə yaxın şəhid övladı iştirak edib. Tədbirdə xalqımızın həmrəyliyinin Vətən müharibəsində bizi Qələbəyə aparan əsas amillərdən olduğu vurğulanıb, dövlət tərəfindən şəhid ailələri və qazilərə hər zaman diqqət və qayğı göstərildiyi bildirilib. Beyləqan Gənclik Teatrının hazırladığı müxtəlif və əyləncəli şou nümayiş olunub, gənc musiqiçilər tərəfindən vətənpərvərlik və bayram abı-havasında musiqilər ifa edilib.
Tədbirin sonunda şəhid övladlarına Yeni il hədiyyələri təqdim olunub.