2006-CI İL İQTİSADİ İSLAHATLARIN DAVAM ETDİRİLMƏSİ ÜÇÜN UĞURLU İL OLACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir. O bildirmişdir ki, bu sahədə dövlətin üzərinə düşən vəzifələr icra olunacaq, sahibkarlar, iş adamları ümumi işimizə öz töhfəsini verəcəklər. Əgər bu gün başqa ölkələrdən gəlib Azərbaycanda iş görmək istəyənlərin sayı artırsa, deməli, yerli iş adamları da bu gözəl imkanlardan istifadə etməlidirlər.
Azərbaycanda orta aylıq əmək haqqının 140 ABŞ dollarına çatdığını diqqətə çatdıran Prezident demişdir: “Bu, böyük göstəricidir. Vaxtilə Azərbaycandan getmiş, başqa ölkələrdə yaşayan vətəndaşlar indi qayıdırlar. Bu gün ölkəmizə xarici ölkə vətəndaşlarının axını müşahidə olunur. Azərbaycana iş görmək, pul qazanmaq üçün, müəyyən iqtisadi layihələri həyata keçirmək üçün gəlirlər. Çünki Azərbaycanda tərəqqi, irəliləyiş var və inkişaf sürətlə gedir”.