2007-Cİ İLDƏ AZƏRBAYCANIN HƏRBİ BÜDCƏSİ ERMƏNİSTANIN ÜMUMİ BÜDCƏSİNƏ BƏRABƏR OLACAQ
Hərbi büdcənin artırılmasının Azərbaycanın suveren hüququ olduğunu vurğulayan dövlət başçısı demişdir ki, bizim büdcəmiz ümumi həcmlə artır. Son üç il ərzində Azərbaycanın büdcəsi 4 dəfə artmışdır və təbii ki, hərbi xərclərimiz də artır. Gələn il bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaqdır. Belə olan halda, Ermənistanın sülh prosesini pozması ilə barışmaq çətin olacaqdır. Ermənistan bu gün razılığa gəlməlidir. Çünki hazırda biz danışıqlar masası arxasında ən münasib təklifi irəli sürmüşük. Azərbaycanın imkanları genişləndikcə, bizim mövqeyimiz də sərtləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]