Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabının təqdimatı keçirilib VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Bakıda Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə Azərbaycana qarşı dezinformasiya mövzusunda hazırlanmış “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” adlı hesabat xarakterli analitik kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, siyasətçilər, beyin mərkəzlərinin, QHT-lərin təmsilçiləri, jurnalistlər və sosial media fəalları iştirak ediblər.

Kitabda erməni lobbisinin Azərbaycana qarşı apardığı dezinformasiya şəbəkəsinə və bu şəbəkənin törətdiyi əməllərə etiraz ifadə olunub.

Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc bildirib ki, informasiya savaşı Vətən müharibəsinin tərkib hissəsidir. Bu ideyaya xidmət edən və təqdimatı keçirilən “Qlobal Araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabı yeni informasiya əsrində və postmüharibə dövründə rəqəmsal inqilab, texnoloji inkişaf və süni intellekt platformalarından ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupları təyin etməyə imkan verir, sifarişçiləri, iştirakçıları, maliyyələşmə mənbələrini və coğrafiyasını müəyyənləşdirir, yeni çağırış və həll yollarına işıq salır.

Aparılan tədqiqatda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmsil edən Prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni amilinin yeri və rolu peşəkarlıqla təhlil edilir, 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya savaşında total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirilir.

Z.Oruc deyib ki, yeni geosiyasi rəqabətin və informasiya əsrinin çağırışları rəqəmsal inqilab resurslarını və sosial şəbəkələri hibrid müharibənin əsas alətinə çevirib. Xatırladıb ki, müstəqil jurnalist Culian Assancın “Wikileaks” hadisəsi yeni informasiya müharibəsi kanallarına ehtiyacı daha da artırdı. Qlobal informasiya məkanına nəzarət etməyə və milli dövlətlərin rəqəmsal-informasiya suverenliyini parçalamağa çalışan qüvvələr “müstəqil virtual dövlətlərə” çevrilən informasiya texnologiyaları şirkətləri ilə birləşərək yeni ideoloji kursu elan etdilər: qədim Romada “parçala və hökm sür” siyasəti XXI əsrin rəqəmsal çağırışlarına uyğunlaşaraq, idarə olunan xaosun yeni şüarı “Sındır. Sızdır. Parçala” şəklində irəli sürülüb.

Sadalanan prinsiplərə nail olan, dünya gündəmini formalaşdıran texnologiyaların təminatçıları, “Hi-Tech” və sosial şəbəkə nəhəngləri sırasında indi təkcə soroslar, NED-lər və NDİ-lər deyil. Onlardan daha üçünün adını xüsusi çəkmək olar - araşdırmaçı jurnalizmi qlobal miqyasda təşkilatlandıran, transmilli şəbəkəsini yaradan e-bay elektron ticarət platformasının sahibi Pyer Omidiyar, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun rəhbərlərindən biri Aleksandr Papaxristo, dünyaşöhrəti qazanmasında Bakının müstəsna roluna qisasla cavab verən İnsan Hüquqları Fondunun rəhbəri Harri Kasparovdur.

Beləliklə, yeni missiyası “Xüsusi Tapşırıqla Araşdırma” adlanan transmilli şəbəkənin “offşor qalmaqalları” silsiləsi, məlumatların sındırılması, sızdırılması bir vaxtlar Amerikada ilk araşdırma olan daxili “Pentagon papers”dən xarici hədəfli “Pandora papers”ə qədər inkişaf etməyə başladı. Araşdırmaçı jurnalistika adı altında 2006-cı ildə yaranan qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” artıq 80 ölkədə 160 jurnalisti birləşdirir.

“Hamısı “P” hərfi ilə başlayan, mənbələri heç vaxt açıqlanmayan “offşor dosyeləri” yayanlar içərisində adları jurnalist, reallıqda isə developer-hakerlərin “Panama”, “Paradise”, “Pandora sənədləri”, “Pegasus” adlı məlumat sızdırma fəaliyyəti konkret ölkələrdə müstəqil siyasət yürüdən iqtidarlara qarşı təzyiq silahıdır, əsas xammalı saxta xəbər olmaqla yazıçı Corc Oruelin “böyük televizor”undan ölkələri təsir dairələrində saxlamaq vasitəsidir. Siz hesabatda həmin 4 P adlı planların hansı mexanizmlə yalanı həqiqət kimi tirajladığına dair faktları görəcəksiniz”, - deyə Zahid Oruc vurğulayıb.

O deyib: “Elə isə sual olunur: Bəs nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfindədir?”

Bu suala regional və beynəlxalq sirləri daha yaxşı bilən Prezident İlham Əliyev dəqiq cavab verir-sitat: “bizi iradələrinə tabe etdirmək istəyirlər”. Media nümayəndələrinə son müsahibədə və 2 fevralda gənclərlə görüşdə ölkə rəhbəri əvvəlki dünya siyasi arxitekturasının çökdürüldüyünü və yenisinə ölkəmizin hazır olduğunu bəyan etdi. Bir sözlə, beynəlxalq şantajın səbəb və hədəfləri təkcə biz deyilik. İnformasiya hücumları həm də Avropa ölkələrinə, Türkiyəyə, keçmiş sovet respublikalarına qarşı da eyni təhdidləri yaradır. Xatırlatmaq yerinə düşər ki, 2016-cı ildə “Cambridge Analytica” şirkətinin xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etməsi rəqəmsal hücumlar və kibertəhlükələr mövzusunu xeyli ictimailəşdirdi. Ona görə də 2016-cı ildə “posthəqiqət” (post-truth) ifadəsi “Oxford dictionary” tərəfindən “ilin sözü” elan olundu. İndi dünyada dəyərsizləşdirilən siyasi ideallar - demokratiya və Azadlıq haqda billər rəqəmsal despotizmin və faşizmin dekorasiyasına çevrilib.

Bəli, bu gün, Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib. Qarabağı itirənlər kiberməkanda kütlələri və siyasi beyinləri ələ alır. Halbuki informasiya məkanı coğrafi ərazimizin ayrılmaz tərkib hissəsidir. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin bir parçasıdır. Təsadüfi deyil ki, Avropa Birliyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir.

Qlobal şəbəkələrin saxta informasiya hücumuna fasiləsiz məruz qaldığı hazırkı posthəqiqət dövründə Prezidentin bir nömrəli informasiya xüsusi təyinatlısı kimi apardığı mübarizə, Vətən müharibəsində sistemli hücumlara, saxta xəbər yayan qüvvələrə qarşı informasiya səngərinin önündə getməsinin parlaq sübutu tarixi 33 müsahibədir”.

STM-in idarə heyətinin sədrinin sözlərinə görə, indi cəmiyyətlər elə bir maskimallığa öyrədilib ki, sensasiya və şok, qarşıdurma və kütləvi qaralama, linç və siyasi ləkələmə gündəlik tələbat malına çevrilir, real fakt və xəbərin qəbulu get-gedə çətinləşir. Pandemiyanın yaratdığı gərgin mühitdə ayrı-ayrı fərdlər, sosial baxımdan həssas və narazı qruplar daha təhlükəli viruslara - infodemiyaya məruz qalır. İctimai rəydə yaradılan saxta siyasi qənaət və emosional reaksiyalar digər media kanalları və şəbəkələr tərəfindən tirajlanaraq normalaşdırılır, nəticədə hədəf kütlə faktlar və reallıq yerinə, eşitmək istədiyi abstrakt gerçəkliyi seçir. Qlobal şəbəkə virtual Azərbaycanı real Azərbaycanla konfliktə sürükləyir.

Göbbelsin “min dəfə təkrarlanan yalan həqiqətdir” devizi XXI əsrin reallığında rəqəmsal faşizm və despotizmin fonunda daha yaxşı işləyir.

“Dövlətimizin başçısının qlobal tribunalarda çıxışları bu müharibəyə qarşı aşkar müqavimətdir. Münxen Təhlükəsizlik Konfransında Prezidentin nitqini yaxşı xatırlayırıq. Ondan sonra baş verənlər pərdəarxası ssenarini görməyə imkan verir. Malta jurnalistinin işində ölkəmizi günahlandıranlar, onun övladları üçün şəbəkə təsis edənlər “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” çərçivəsində həyata keçirilən planlardır. İnformasiya müharibəsinin növbəti əməliyyatı - ölkəmizə qarşı böhtançı mövqeyinə görə Bakıda qısamüddətli həbsdə olan, Azərbaycanın məhkəməyə verdiyi adam üçün ayrıca “Forbidden stories” layihəsi də bir güc mərkəzindən idarə olunan, saxta məlumatların müxtəlif şəbəkə adları altında “ictimailəşdirilməsi”dir. Beləliklə, qlobal informasiya hücumunun 4 “P” (Panama, Paradise, Pegasus və Pandora) hərfindən sonuncu əməliyyatı bu gün də davam edir. Dünya erməniliyinin Qarabağdakı məğlubiyyətin revanşını informasiya cəbhəsinə daşıması və qlobal şəbəkənin rəhbərliyinə sızması, yüksək ranqlarda təmsilçiliyi inkaredilməz faktdır.

Beləliklə, 30 il əvvəl olduğu kimi, balayanları, yaxud aqenbekyanları daha təhlükəli papaxristolar, omidyarlar, kasparovlar əvəzləyib. Sabiq prezident Armen Sarkisyanın dediyi “ermənilər kiçik dövlət, dünyəvi millətdir” devizi altında saxta xəbər sənayesi bum dövrünü yaşayır. Bəşəriyyət omikronla yanaşı, infodemiyadan əziyyət çəkir”, - deyə o vurğulayıb.

Z.Oruc diqqətə çatdırıb ki, bir beynəlxalq sosioloji rəyə görə, respondentlərin 37,3 faizi sosial mediadan aldığı məlumatların doğruluğunu yoxlamır və belə cəmiyyətin potensial risklərə hazırlıqsız olduğu şübhə doğurmur. İnformasiya hücumlarında irəli sürülən ittiham və “faktlar”ın mənbəyinin etibarlı olmamasına dair İsveçrə Texnologiya İnstitutunun tədqiqatında Türkiyədə tviter platformasında trendə çevrilən informasiyaların 47 faizinin, qlobal gündəmin 20 faizinin saxta hesablar və ya botlar tərəfindən sıfırdan uydurulduğu təsdiqlənib. Beləliklə, hərbi meydanla müqayisədə daha amansız və dağıdıcı xarakterə malik hibrid müharibəsi gedir. Gerçək döyüş meydanında olduğu kimi onların hədəfi ilk növbədə, Azərbaycan dövləti ilə identikləşən birinci şəxsdir, Qələbənin simvolu olan Ali Baş Komandandır. Qələbədən sonra Prezident İlham Əliyevin nüfuzu region xalqları arasında da, dünyanın bir çox bölgələrində də artıb. Hamı yaxşı başa düşür ki, siyasi nüfuz böyük hərbi, iqtisadi, maliyyə gücü və təsir dairəsinin genişlənməsi deməkdir. Şübhəsiz, məğlub ölkəni son iki ilədək təhlükə kimi görmürdülər, lakin qalib dövlət qlobal erməniliyi, onları milli mənsubiyyətinə görə deyil, maraqlarına görə idarə edən güclərin arzulanan müttəfiqinə çevirir. Belə qlobal müttəfiqlik fonunda, işğalı təkcə hərbi meydanda deyil, beynəlxalq təşkilatların və siyasi lobbi qruplarının müdafiə etdiyi şəraitdə Zəfəri qazanmağın nə demək olduğunu hamı daha yaxşı anlayır!

“Biz, əlbəttə, erməniçiliyi dünya gücü elan etməyə toplaşmamışıq, əsla, lakin bir sıra Qərb dövlətləri, onların qlobal siyasət alətlərini bilməliyik. Bu məsələdə hibrid hücum aparanların səngərinə keçib hakimiyyət əleyhinə vuruşan qüvvələr silahlı döyüş meydanında millətimizə qarşı atəş açanlarla eyni işi görürlər. 27 ildə yaşadığımız atəşkəsdən fərqli olaraq, informasiya müharibəsində heç vaxt atəşkəs olmayıb. Halbuki indi dövlət rəhbəri nəinki Ermənistana, eləcə də bütün erməniçiliyə sülh təklif edib, lakin qlobal şəbəkəni barış düşündürmür. Ona görə də bizim reaksiyamız assimetrik, sərt və dəqiq olmalıdır. Onların nəhəng sərvətləri, ağlasığmaz məxfi və hibrid texnologiyaları, qlobal informasiya məkanına diktə edən müxtəlif növ kütləvi media resursları olsa da, qlobal araşdırmaçılara qlobal Qələbəmizdəki birlik nümunəsi ilə cavab verməliyik. Ərazi bütövlüyümüz uğrundakı birlik və həmrəyliyi informasiya suverenliyində, kibervətənin müdafiəsində də göstərməliyik. Ümidvarıq ki, yeni milli təhlükəsilzik konsepsiyasında hibrid təhdidlərin dairəsi daha da geişləndiriləcək”, - deyən idarə heyətinin sədri “Qlobal Araşdırmaçıları” ifşa edən kitabın başlıca ideyasına söykənərək, ölkəmizdə ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət “Dezinformasiya ilə Mübarizə və Kommunikasiya Mərkəzi”nin yaradılmasını təklif edib. Deyib ki, xalqımıza düzgün, obyektiv və gələcəyini qurmağa kömək edən informasiya məkanı hava-su kimi lazımdır. Posthəqiqət dövründə ümummilli hədəf dezinformasiyaları neytrallaşdırmaq, bütün saxta faktlara həqiqəti qarşı qoymaqdır. Təkcə media məkanımızda qeyd olunan halın daim vurğulanması və cəmiyyətimizin, dünya azərbaycanlıların, səfirlik və diplomatik korpusların bu savaşın mahiyyətini düzgün müəyyən etməsi öz müsbət nəticələrini verəcək. 44 günlük savaşda olduğu kimi Vətəninin müdafiəsini genişləndirib, hava və dəniz məkanı kimi rəqəmsal coğrafiyamızı, kibervətəni də 44 günlük Zəfərdəki kimi qorumalıyıq. Bu, həm də müqəddəs Şuşanın müdafiəsi deməkdir.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, Vətən müharibəsində nümayiş etdirilən həmrəyliyi, birliyi postmüharibə dövründə də davam etdirməliyik. “Dezinformasiya və milli təhlükəsizliyə təhdidlər: hüquqi-qanunvericilik sahəsində mövcud çağırışlar” mövzusunda fikirlərini bölüşən parlament sədrinin müavini qeyd edib ki, informasiya inqilabı, sosial şəbəkələr və dezinformasiya fenomeni bir çox ölkələrdə hüquqi-qanunvericilik sahəsində çox ciddi çağırışları meydana çıxarıb. Suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır. Bununla yanaşı, adekvat milli qanunvericiliklərin işlənib hazırlanması prioritet məsələyə çevrilib. Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüquqlarından tutmuş bütün sahələri əhatə edir. Yeni yaranan və sürətlə inkişaf edən rəqəmsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri isə ayrı istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kibertəhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlükəsizliyin önəmli sahələrindən birini təşkil edir.

Yeni qəbul edilən “Media haqqında” Qanunun cəmiyyətə və dövlətə töhfə verəcəyindən əminliyini bildirən Əli Hüseynli vurğulayıb ki, cəmiyyətin iradəsi dövlətin iradəsi ilə birləşəndə daha güclü oluruq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu il yanvarın 1-dən bu günədək 126 saxta səhifənin yoxlanılması həyata keçirilib. Məhz bu səhifələr üzərindən yalan informasiyalar paylaşılır.

“Dezinformasiya və kibertəhlükəsizlik: strategiya və kontrstrategiyalar” mövzusu ətrafında fikirlərini bildirən nazir müavini vurğulayıb ki, dezinformasiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün təbəqələri birgə çalışmalıdır. “44 günlük müharibə zamanı düşmənin təxribatları sonsuz qədər idi. Onların şikayətləri nəticəsində bir çox vətəndaşımızın hesabları bağlanmışdı. Ancaq bizim müdaxiləmiz və müraciətimiz nəticəsində 159 tanınma nişanının alınması təmin edildi”, - deyə o qeyd edib.

Nazir müavini bildirib ki, bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatına əsasən, Azərbaycan reytinqdə mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb.

O, həmçinin qeyd edib ki, dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilib, coğrafi adların bərpasına nail olunub. Həmçinin nazirlik tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” layihəsi hazırlanıb.

“Günümüzün reallıqlarından biri də hibrid müharibədir” deyən UNEC Tədqiqat Fondunun media və dövlət strukturları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva qeyd edib ki, burada yalnız informasiya müharibəsi deyil, milli dövlətlər hədəfə çevrilir. “Strateji kommunikasiyalar hibrid təhlükələrə qarşı mübarizədə əsas amil kimi” mövzusunda fikirlərini bölüşən E.Əliyeva diqqətə çatdırıb ki, hibrid müharibədə hədəf auditoriyalarından və hibrid həmlələrinin obyekti seçilən altqruplardan istifadə olunur. Beyin mərkəzlərinin fəaliyyətinin daha da artırılmasının vacibliyini vurğulayan natiq qeyd edib ki, kommunikasiya şəbəkəsinin yaradılması çox vacibdir.

Departament rəhbəri qeyd edib ki, sürətli internet, rəqəmsallaşma bu günün gerçəklərinə qlobal müstəvidə öz təsirini göstərməkdədir. Hibrid müharibələr və onların sürətli inkişafı da artıq danılmaz reallığa çevrilib. Rəqəmsal cihazların bazar payının artım tempi, alqoritmlərin optimizasiyası hibrid hücumların daha da təkmilləşməsinə şərait yaradır. Belə olan təqdirdə, milli dövlətlərin qarşısında qeyd olunan hücumları təyin etmək, onları öyrənmək zərurəti yaranır. Hibrid qarşıdurmalar sahəsində yaranan təhdidlər və problemlərin həlli yollarına beyin mərkəzlərinin və dövlət qurumlarının birgə fəaliyyətini ehtiva edən ekosistem çərçivəsində nail olmaq mümkündür”.

“Cəmiyyətdə rəqəmsal savadlılıq və dezinformasiyaya qarşı mübarizədə onun əhəmiyyəti” mövzusuna toxunan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə vurğulayıb ki, hibrid müharibəyə qarşı mübarizə aparmaq yeni yanaşmalar və fəallıq tələb edir.

Ölkədə fəaliyyət göstərən ingilisdilli jurnalistlərə təlimlər keçməyin, dünyanın nəhəng media orqanlarının işi ilə tanış olmağın, təcrübələrindən yararlanmağın lazım olduğunu deyən prorektor bildirib ki, beyin mərkəzlərində tədqiqatçıların sayının və peşəkarlığının artırılması çox vacibdir.

STM-in İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova “Ölkəmizə qarşı qlobal dezinformasiya şəbəkəsində erməni faktoru” adlı məruzə ilə çıxış edib.

Çıxışda ermənilərin, erməni diasporunun, çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilərin, Ermənistanın dostu olan ölkələrin və erməni diasporunun muzdlularının revanşizm strategiyası ətrafında səfərbər edilməsi planının çox intensiv fazaya daxil olduğu faktlar əsasında təqdim edilib.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, siyasi şərhçi, tanınmış jurnalist Nurani, Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov və başqaları müxtəlif mövzularda çıxış edərək kitabda yazılanlarla bağlı fikirlərini ifadə ediblər. Qeyd olunub ki, feyk xəbərlər dezinformasiyalardan köklü şəkildə fərqlənir. Dezinformasiyalar diqqətsizliyin və yaxud xoşniyyətli insan yanılmasının nəticələridir. Feyk xəbərlər isə tamamilə anlaşıqlı formada, xüsusilə siyasi kampaniyaların bir hissəsi kimi, tamamilə gələcəkyönümlü məqsədlər üçün dövriyyəyə buraxılır.

Vurğulanıb ki, hesabatda insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli münasibətinin dərindən araşdırılması, erməni amilinin burada da kök salması, maskalanması və olduqca fəallaşması ilə bağlı məlumatlar faktlar əsasında toplanıb.

Tədbir müzakirələrlə davam edib.

“Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabının təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var