Tovuzda elektrik stansiyasında yanğın baş verib VİDEO
Tovuz, 14 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda elektrik stansiyasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Yağın söndürülüb və stansiya yanığından mühafizə edilib.
Yanğın baş verən stansiya Tovuz rayonuna elektrik enerjisinin verilməsini təmin edir.
Tovuzda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda elektrik enerjisinin bərpası məqsədilə hadisə yerində təmir işləri aparılır. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.