Azərbaycan Dövlət İnformasiya Agentliyi

2013-cü il Türkiyə-Azərbaycan strateji əməkdaşlığı üçün əlamətdar olmuşdur

İstanbul, 17 yanvar (AZƏRTAC). Hər il yeni transmilli layihələr həyata keçirən və əlaqələri strateji tərəfdaşlıq səviyyəyə yüksələn Türkiyə və Azərbaycan üçün 2013-cü il xüsusilə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğanla dostluq və qardaşlıq münasibətləri də digər ölkələrin liderləri üçün örnək ola bilər.

Cənab İlham Əliyevin yenidən xalqımızın etimadını qazanaraq Prezident seçilməsindən sonra, ənənəvi olaraq ilk xarici səfərini Türkiyəyə etməsi və səfər çərçivəsində onun qardaş ölkənin ali mükafatı olan “Dövlət nişanı” ilə təltif olunması, Prezident Abdullah Gülə isə Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilin ən əlamətdar hadisəsi və qardaşlığımızın daha bir təzahürüdür.

Prezident İlham Əliyevin ötən il noyabrın 12-13-də Ankaraya səfəri zamanı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında qəbul edilmiş qərarlar əməkdaşlığımızın perspektivlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli hadisədir. Hazırda ölkələrimiz arasında 4,2 milyard dollar olan ticarət həcminin 2020-ci ildə 15 milyard dollara çatdırılması kimi yüksək vəzifə də bu səfər zamanı qarşıya qoyulmuşdur. Azərbaycanın Türkiyənin cümhuriyyət tarixində 17 milyard dollarla ən böyük sərmayəçi olacağı perspektivi əməkdaşlığımızın yeni səviyyəyə yüksələcəyindən xəbər verir.

Türkiyənin Baş naziri səfər çərçivəsindəki mətbuat konfransında bildirmişdir ki, iki qardaş ölkə arasında həyata keçirilən TANAP, “Şahdəniz”, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ölkələrimizin və bütövlükdə regionun inkişafına xidmət edəcəkdir. Qardaş ölkənin Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə güclü dəstəyinin davam etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan demişdir: “Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülh və dialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir”.

Prezident İlham Əliyev də çıxışında buna cavab olaraq vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaqdır.

Dövlətimizin başçısı eyni zamanda ölkələrimiz arasında strateji əməkdaşlığın perspektivlərinə toxunaraq demişdir: “Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik”.

İlin sonunda elan edilmiş rəqəmlər də sevindiricidir. Belə ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, 2013-cü ildə Azərbaycana 2 milyard 956 milyon dollar həcmində mal və məhsul ixrac edilmişdir. Azərbaycan bu sırada qonşu ölkələr arasında İraqdan sonra ikinci yeri tutmuşdur. Ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Türkiyə Baş nazirinin müavini Əli Babacan bildirmişdir ki, Türkiyənin ən böyük problemi olan büdcə kəsiri TANAP, “Şahdəniz” layihələrinin həyata keçirilməsindən sonra müəyyən qədər həllini tapacaqdır. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında isə qeyd edilir ki, ötən il Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair 30 sənəd imzalanmışdır.

2013-cü ildə iqtisadi layihələrlə yanaşı, Türkiyə-Azərbaycan əlaqələrinin çoxşaxəli inkişaf dinamikası hərbi və hərbi-texniki əməkdaşlıqda da özünü bariz şəkildə göstərmişdir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı üzvlərinin Bakıya səfərləri, dekabrın 24-25-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ankarada keçirdiyi görüşlər bu sahədə əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Azərbaycan rəsmiləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri həmişə olduğu kimi, 2013-cü ildə də Türkiyədə keçirilən mühüm beynəlxalq tədbirlərdə fəal iştirak etmişlər. Aprel ayında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirdiyi Avrasiya İqtisadi Zirvə toplantısı, dekabrda Xəzər Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Xəzər forumu ölkəmizin iqtisadi-sosial inkişafının təbliği, beynəlxalq nüfuzunun artması istiqamətində mühüm tribuna rolunu oynamışdır.

Ötən il Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımının tanıdılması baxımından da Türkiyədə mühüm işlər görülmüşdür. Qardaş ölkədəki diplomatik korpusumuzun səyləri nəticəsində Ankaranın Mamak rayonundakı küçələrdən biri Xocalı küçəsi adlandırılmış, Qızılcahamam və Keçiörən rayonlarında, Uşak və Kayseri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılmış, 20 Yanvar faciəsi və Xocalı soyqırımının ildönümü ilə bağlı qardaş ölkənin bütün şəhərlərdə tədbirlər keçirilmişdir.

Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq getdikcə güclənir. Ölkəmiz 2013-cü il Türk dünyasının mədəniyyət paytaxtı olan Eskişehirdə keçirilən tədbirlərdə, TÜRKSOY xətti ilə təşkil edilən layihələrdə ən fəal iştirakçı olmuşdur. İlk “Türkvizyon” mahnı müsabiqəsinin qalibinin azərbaycanlı olması da qürur doğuran digər bir faktdır.

Türkiyənin turizm şirkətləri də ölkəmizdə keçirilən sərgi və konfranslarda fəal iştirak etmişlər. Aparıcı türk turizm şirkətləri 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci respublika daxili turizm sərgiləri ilə tanış olmuş, 2-ci Bakı “Sağlamlıq turizmi və işbirliyi günləri”ndə öz layihələrini təqdim etmişlər.

Bütün bunlar 2014-cü ildə Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi üçün zəmin yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TANAP layihəsi və “Star” neft emalı zavodunun tikintisi çərçivəsində işlərin başlanması və digər əlamətdar hadisələr strateji əməkdaşlığa yeni töhfələr olacaqdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb