Azərbaycan Dövlət İnformasiya Agentliyi

2014-cü ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunmuşdur

Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Milli Məclisin elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, mədəniyyət komitələrinin birgə iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə baxılmışdır.

İclası açan Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, gələn il dövlət büdcəsində ölkənin bütün prioritet sahələrinə ayrılan büdcə vəsaitləri artırılacaqdır. 2014-cü il dövlət büdcəsi layihəsini müsbət xarakterizə edən cəhətlərdən danışan komitə sədri qeyd etmişdir ki, ölkədə çox səriştəli büdcə institutu formalaşmışdır. Gələn ilin dövlət büdcəsi layihəsi ölkənin makroiqtisadi vəziyyəti, dünyada baş verən maliyyə, iqtisadi proseslər nəzərə alınmaqla tərtib olunmuşdur. Layihə qarşıya qoyulan hədəflərə çatmağa, ölkənin müxtəlif sahələrdə inkişafını sürətləndirməyə tam cavab verir.

Komitə sədri demişdir ki, son 10 ildə ölkədə ümumi daxili məhsulun həcmi 3,4 dəfə artmışdır. Əgər 2003-cü ildə Cənubi Qafqazda istehsal olunan məhsulun 50 faizi Azərbaycanın payına düşürdüsə, indi bu göstərici 85 faizə çatmışdır. 2003-cü ildə büdcənin gəlirləri 1,2 milyard manat təşkil edirdisə, indi bu rəqəm 20 milyard manatı ötür. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatmışdır.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2014-cü il üçün dövlət və icmal büdcə layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyanın həyata keçirilməsi üçün müvafiq maliyyə təminatı yaradır. Büdcə layihəsi dövlətimizin başçısının daim diqqətində olan bütün vəzifələrin uğurla və ardıcıl surətdə həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkəmizin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafının stimullaşdırılmasına şərait yaradır. Azərbaycan Respublikasının 2014-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrə müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən amillər və Azərbaycan iqtisadiyyatının inkişafının əsas meylləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.

Nazir demişdir ki, 2014-cü ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən, növbəti ildə ümumi daxili məhsulun 5,2 faizlik, qeyri-neft ümumi daxili məhsulunun 10 faizlik artım sürəti əsas götürülmüş, dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barrel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.

S.Şərifov bildirmişdir ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla mütləq ifadədə 18 milyard 384 milyon manat nəzərdə tutulmuşdur.

Nazir qeyd etmişdir ki, funksional istiqamətlər üzrə bu ilə nisbətən 2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elmlə bağlı xərclər 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artımla proqnozlaşdırılmışdır.

S.Şərifov diqqətə çatdırmışdır ki, dünya iqtisadiyyatında tənəzzül meyllərinin davam etdiyi, avrozonada və digər inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəiflədiyi bir dövrdə Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin silsilə sərəncamları ilə 2013-cü ilin sentyabrından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq mühafizə orqanlarında çalışanların əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin orta hesabla 10 faiz artımı təmin edilmişdir. Həmin artımların maliyyə təminatı üçün 2014-cü il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur. Tətbiq olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaqdır.

Nazir bildirmişdir ki, dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı digər məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcəkdir ki, bu da 2013-cü illə müqayisədə 421 milyon manat və yaxud 14,8 faiz çoxdur.

Sosial sahəyə aid olan elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə və sosial təminat xarakterli proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün 885 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 241 milyon manat və ya 37,3 faiz çoxdur.

S.Şərifov demişdir ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası üçün 2014-cü ilin dövlət büdcəsində məqsədli olaraq müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur.

2014-cü il dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün ümumilikdə 4 milyard 910 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2013-cü illə müqayisədə 10,7 faiz və yaxud 476 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 17,2 faiz və yaxud 720 milyon manat artım nəzərdə tutulmuşdur. Bütövlükdə, həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edəcəkdir ki, bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur.

Diqqətə çatdırılmışdır ki, mütləq ifadədə sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir ki, bu da 2013-cü ilə nisbətdə 299 milyon manat və yaxud 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətdə isə 597 milyon manat və yaxud 12,6 faiz artım deməkdir.

Qeyd olunmuşdur ki, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 205 milyon manat vəsait ayrılmışdır.

Bələdiyyələrə maliyyə köməyinin davam etdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsindən 5,2 milyon manat vəsait ayrılacaqdır.

Samir Şərifov bildirmişdir ki, 2014-cü ildə rayon və şəhərlərin yerli xərclərinə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində və yaxud 1 milyard 629 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2013-cü ilə nisbətən 115 milyon manat və yaxud 7,6 faiz çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə bu məbləğ 383 milyon manat və ya 30,7 faiz çox təşkil edəcəkdir.

Daha sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və Milli Məclisin deputatları büdcə layihəsi ilə bağlı çıxış etmişlər. Növbəti ilin dövlət büdcəsi xərclərinin sosial və investisiya yönümlülüyü saxlanılmaqla əhəmiyyətli hissəsinin dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün istiqamətləndirilməsinin məqsədəuyğunluğu bildirilmişdir.

Maliyyə naziri Samir Şərifov səslənən fikir və təkliflərə

baxılacağını, bəzilərinin bu layihədə, bəzilərinin isə növbəti illərin büdcə sənədləri hazırlanarkən nəzərə alınacağını diqqətə çatdırmışdır.

Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir