20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
Bu sözləri Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş ehtiyatda olan zabit Habil Şirinov AZƏRTAC-a müsahibəsində demişdir.
O, bildirmişdir ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
20 Yanvar uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]