20 Yanvar Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu, mənliyini itirmədi, onun iradəsi qırılmadı.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş paytaxt sakini Fəxriyyə Cəfərova AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, xalqımızın qan yaddaşına ağır faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir. Hər il Qanlı Yanvar faciəsinin ildönümü ölkə rəhbərliyi və xalq tərəfindən böyük izdihamla qeyd olunur, şəhidlərin xatirəsi anılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]