Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar Azərbaycan xalqının ucalıq və qəhrəmanlıq günüdür

Kiyev, 20 yanvar (AZƏRTAC). Bu gün Kiyevdə, ölkə paytaxtının mərkəzində yerləşən “Ukrayna” mehmanxanasının konfrans zalında 20 Yanvar şəhidlərinin xatirə gecəsi keçirilmişdir. Tədbir Ukrayna Azərbaycanlıları Konqresi (UAK) tərəfindən təşkil olunmuşdur.

Salonda matəm lentlərinə bükülmüş al qərənfillər, divarlarda hərbi geyimli cəlladların və onların kommunist havadarlarının müdhiş cinayətini əks etdirən fotoşəkillər, masalarda yanvar faciəsindən bəhs edən press-relizlər vardı.

Xatirə gecəsini giriş sözü ilə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli açmışdır. O, diplomatik heyət və öz adından toplaşanlara dərin hüznlə başsağlığı vermiş, Qanlı Yanvar hadisəsindən bəhs etmiş, bu faciənin başlıca müqəssirlərinin Qorbaçov və onun əlaltıları olduğunu bildirmişdir. Sonda səfir həmvətənlərini 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmağa, ölkəmizin azadlığı və suverenliyi naminə həyatlarını qurban vermiş Vətənin qəhrəman oğul və qızlarının müqəddəs işini davam etdirməyə - müstəqil, azad və çiçəklənən Azərbaycan qurmağa çağırmışdır.

O, həmçinin tədbir iştirakçılarını əmin edərək demişdir: “Biz, şübhəsiz, Dağlıq Qarabağı və zəbt edilmiş bütün ərazilərimizi işğaldan azad edəcəyik”.

Sonra Lider TV-nin çəkdiyi “Qanlı Yanvar” sənədli filmi göstərilmişdir.

Qanı donduran sənədli kadrlara baxdıqdan sonra UAK-ın lideri Rövşən Tağıyev, Ukraynadakı diasporumuzun Ağsaqqallar Şurasının rəhbəri Firidun Məmmədov, Hacı Vilayət (Quliyev), Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının sədri Anar Tahirov, Ukrayna Linqvistika İnstitutunda Bakı Slavyan Universitetinin açdığı Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin rəhbəri professor Rafiq Novruzov, Hacı Əbülfəz (Qasımov) Bakı faciəsinin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırmışlar.

Ukraynanın yəhudi cəmiyyətinin prezidenti Arkadi Monastırski azadlıqsevər Azərbaycan xalqının oğul və qızlarının böyük hünər göstərdiklərini qeyd edərək bildirmişdir ki, 20 Yanvar 27 Yanvarla - dünya birliyinin elan etdiyi Holokost günü ilə səsləşir. O, həmçinin dərin razılıq hissi ilə bildirmişdir ki, onun tarixi vətəni olan İsrail dövlətinin Azərbaycan Respublikası ilə gözəl münasibətləri vardır.

Krım və Ukrayna Tatarları və Başqırdları Federasiyasının nümayəndəsi Zinura Teluxina 20 Yanvar şəhidlərinin xatirəsini yad etmiş, onların qəhrəmanlığı haqqında xeyli səmimi söz demişdir. O, Bakı faciəsi haqqında dəhşətli xəbəri Başqırdıstanda yaşadığı zaman eşitmişdi. O, toplaşanlara rəfiqəsinin bu sözlərini çatdırdı: “Əgər biz uşaq olmasaydıq, Moskvaya uçub Qorbaçovu güllələyərdik!”

Sonda Zinura xanım Azərbaycan xalqını 23 il bundan əvvəl göstərdiyi hünərinə görə böyük xalq adlandırmışdır.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, UAK-ın fəalları və üzvləri, dini rəhbərlər, milli-mədəni mərkəzlərin nümayəndələri, Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və Ukrayna KİV-lərinin nümayəndələri iştirak etmişlər.

Şəhidlərin xatirə gecəsinin təşkilatçıları aparıcı “İnter” televiziya kanalına və Ukrayna, ingilis və rus dillərində nəşr olunan nüfuzlu “Den” qəzetinə eksklüziv müsahibələr vermişlər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb