20 Yanvar faciəsi qurbanlarının xatirəsi Eskişehirdə anılmışdır
Ankara, 21 yanvar (AZƏRTAC). Türkiyənin Eskişehir şəhərində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə yanvarın 20-də şəhərin Rəşadiyyə məscidində şəhidlərimizin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Eskişehirdə keçirilmiş tədbirdə dərnəyin sədri Cavid Aydın mətbuat üçün açıqlama vermişdir. O qeyd etmişdir ki, Qanlı Yanvar faciəsi həm də qürur mənbəyi, azadlıq yolunda atılmış mühüm addımdır. Həmin gecə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş insanların xatirəsi hər zaman ürəklərdə yaşayacaqdır.
Anadolu Universitetinin müəllimi, professor Rafael Qasımbəyli Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat vermişdir.
Toplantı iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə tamaşa etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]