Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Dövlət Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir VİDEO

Naqoya, 1 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir.

AZƏRTAC xəbər verir ki, mayın 31-də Böyük Britaniyanın “Times Higher Education” təşkilatı tərəfindən təşkil edilən sammit iyunun 3-dək davam edəcək.

Sammitin açılış günü iştirakçılar əvvəlcə Fugita Universitetində müxtəlif şirkətlər tərəfindən təşkil edilən sərgi ilə tanış olublar. Burada həm Yaponiyanın, həm də ətraf ölkələrin yüksək texnologiyalar istehsalı ilə məşğul olan şirkətlərinin məhsulları iştirakçılara təqdim olunur.

Qeyd edək ki, NDU-da başlayan yeni missiya beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsinə, tədris prosesinə və elmi-tədqiqat işlərinin təşkilinə, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır. Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, NDU bu gün nəinki ölkə miqyasında, hətta dünyada sayılıb-seçilən universitetlər sırasında xüsusi yer tutur. Universitet bu gün elm-təhsil və innovasiyalar sahəsində dünya təcrübəsinin tətbiqində uğur qazanmaqla yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ və keyfiyyətli elmi tədqiqatların artırılması baxımından mühüm nailiyyətlər əldə etməkdədir.

Beynəlxalq elmi tərəfdaşlıq sahəsində dünyanın aparıcı keyfiyyət və reytinq şirkəti olan “Times Higher Education” ilə qurulan əlaqələr 2021-ci ildə NDU-nun dünya universitetləri sırasında öz adını tanıtması ilə nəticələnib. Universitet 2022-ci ildə isə “Times Higher Education” təşkilatının “İmpact Sıralamasında” xüsusi yer alıb. Elmi strategiyasını düzgün seçən NDU rəhbərliyinin həm “THE”, həm “Clarivate Analytics”, həm “Elsevier”, həm də “Google”la olan əlaqələri keyfiyyətyönümlü, məhsuldar və fundamental tədqiqatlara yönəlməsi nəticəsində bu ali təhsil ocağı müxtəlif beynəlxalq təşkilat və universitetlərin tədbirlərinə dəvət alıb. Bu tədbirlərdən biri də “Times Higher Education” keyfiyyət və reytinq şirkətinin təşkil etdiyi sammitdir.

“Times Higher Education” şirkətinin Yaponiyanın “Fujita Health Universiteti” ilə əməkdaşlıq çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında Asiya Universitetləri Sammitində NDU ilə yanaşı, Asiya regionunun bir çox nüfuzlu şirkətləri, universitetləri və eləcə də möhtərəm şəxsləri iştirak edir. Yaponiyanın İmperator ailəsinin üzvü, Əlahəzrət Mikasa Şahzadəsi Tomohitonun iştirakı bu sammitin əhəmiyyətinin ən vacib göstəricisi hesab edilə bilər. Sammitə ümumilikdə 60 ölkənin nüfuzlu universitetlərinin rəhbər şəxsləri qatılıb.

Sammitin təhsil və elmi tədqiqatların təşkili ilə bağlı beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirən NDU-nun rektoru Elbrus İsayev AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində bildirib ki, tədbirin məqsədi Asiyanın qabaqcıl ali təhsil müəssisələrinin bir araya gətirilməsi və elmi araşdırmaların istiqamətləri ilə bağlı geniş müzakirələrin aparılmasıdır: “Sammit çərçivəsində təşkil ediləcək plenar iclaslarda, simpozium və konfranslarda iştirak, aparılacaq diskussiyalara qoşulmaq imkanı yaratdıqlarına görə biz təşkilatçılara minnətdarıq. Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətədavamlılığının artırılması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam var və bu mühüm sənəd, bütün universitetlərin, o cümlədən NDU-nun qarşısında çox ciddi vəzifələr qoyur. Məhz bunun nəticədir ki, ölkəmizdə fəaliyyət göstərən ali təhsil məktəbləri təhsil sahəsində nüfuzlu beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verirlər. Bizim universitetdə də bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılır. Əməkdaşlıq etdiyimiz təşkilatlar sırasında “Times Higher Education” təşkilatı xüsusi yer tutur. Məhz bu təşkilatla qurulmuş əməkdaşlıq nəticəsində bizim universitet son iki ildə reytinq qiymətləndirməsində xüsusi uğurlar qazanıb. Düşünürəm ki, bu gün Naqoyanın Fugita Universitetində keçirilən sammit həmin əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirəcək və təkcə həmin təşkilatla deyil, həmçinin Asiya regionun nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrimizin inkişafına mühüm təsir göstərəcək. Bununla yanaşı, regionun bütün dünyada tanınmış məşhur şirkətlərinin bu sammitə qatılması bizim onlarla da birbaşa əməkdaşlıq əlaqələri qurmağımıza şərait yaradacaq”.

Sammitin təntənəli açılış mərasimində çıxış edən Fugita Universitetinin rektoru Yukio Yuzava, İmperator ailəsinin üzvü şahzadə Tomohito, Aiçi prefekturasının qubernatoru Hideaki Omura və “Times Higher Education” təşkilatının Asiya-Sakit okean regionu üzrə prezidenti Simone Dilena iştirakçıları salamlayaraq, onlara bu beynəlxalq tədbirdə aparılacaq müzakirələrdə uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra sammit işini plenar iclaslarla davam etdirib.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətini Naqoyada salamlamaqdan məmnun olduğunu bildirən Fugita Universitetinin rektoru Yukio Yuzava AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: “Naxçıvan Dövlət Universitetinin rektoruna və əməkdaşlarına Yaponiyaya gələrək “Times Higher Education” təşkilatının zirvə görüşünə qatıldıqlarına görə səmimi minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, bu universitet Qafqaz regionundan bizim sammitə qatılan ilk ali təhsil müəssisəsidir. Azərbaycandan gəlmiş qonaqları universitetimizdə salamlamaqdan çox məmnunam.

Bildiyiniz ki, COVID-19 pandemiyasına görə biz iki il idi ki, bir çox ölkələrlə əyani görüşmək imkanını itirmişdik. Düşünürəm ki, internet üzərindən əlaqələrin qurulması da bizə yaxşı təcrübə verdi. Ümid edirəm ki, zirvə görüşü azərbaycanlı qonaqlarımızın xoşuna gəlib və biz artıq bir-birimizlə xoş ünsiyyət qurmağa nail olmuşuq. Həmçinin sammit həm də tədbirin iştirakçısı olan digər universitetlər və şirkətlərlə əməkdaşlıq əlaqələri qurmağa şərait yaradıb.

Biz NDU-nun rektoru ilə ilkin danışıqlar apardıq və qurulacaq qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını düşünürəm. Biz yalnız birlikdə insan resurslarını inkişaf etdirməyin yollarını tapa bilərik. Belə ki, iki universitet arasında tələbə və müəllim heyətinin mübadiləsinin təşkili hər iki tərəfin inkişafına mühüm təsir göstərə bilər. Bunun üçün əlaqələrimizi və dostluğumuzu möhkəmləndirməliyik. Düşünürəm ki, bu zirvə görüşü aramızdakı əlaqələri yaratmaq və inkişaf etdirmək üçün çox yaxşı şansdır”.

Qeyd edək ki, iyunun 3-də işini başa vuracaq sammit çərçivəsində ümumi müzakirələrlə yanaşı, qarşılıqlı əməkdaşlıq, təcrübə və kadr mübadiləsinin təşkili məqsədilə ikitərəfli danışıqların aparılması da nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Naqoya

Naxçıvan Dövlət Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib