SİYASƏT
Amerikalı jurnalist: Azərbaycan Cənubi Qafqazın güclənməsinə çalışır VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Mən daha öncə də Bakıda olmuşam. Əvvəlki Qlobal Bakı Forumunda da iştirak etmişəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri amerikalı jurnalist və publisist Nurit Qriqerin söyləyib.
Cənubi Qafqaz regionundakı münaqişənin həllindən danışan jurnalist bunun dünyanın digər ölkələrindən deyil, məhz bu bölgənin ölkələrindən asılı olduğunu bildirib.
“Uzun illərdir, Azərbaycan həyata keçirdiyi siyasətlə Cənubi Qafqazın güclənməsinə çalışır. Doğru aparılan siyasət zamanla sizi sülhə daha da yaxınlaşdıracaq”, - deyə N.Qriqerin qeyd edib.