ABŞ-dan olan səyyah: Azad edilən torpaqlarda bərpa-quruculuq işlərinin aparılması bizi çox sevindirdi VİDEO
Zəngilan, 18 iyun, A.Yavərzadə, AZƏRTAC
Azərbaycanda olduğum 3 gün ərzində işğaldan azad edilən əraziləri gəzdim. Ölkənizin çox gözəl təbiəti, tarixi abidələri var.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında işğaldan azad olunan Zəngilana səfər edən ABŞ-dan olan səyyah Devid Enksel bildirib.
O deyib: “Azad olunan torpaqlarda bərpa-quruculuq işlərinin aparılması bizi çox sevindirdi. Hər şeyin yenidən bərpasını, investisiya yatırılmasını görmək çox sevindiricidir. Bu yerlərin 30 il ərzində viran qoyulması, dağıdılması bizi çox məyus etdi. Buna baxmayaraq, 44 günlük müharibədən sonra Azərbaycanın bu yerlərdə qısa müddətdə bərpa işlərinə başlaması bizi yaxşı mənada çox təəccübləndirdi”.