21 NƏFƏR GÖMRÜK İŞÇİSİ VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILMIŞDIR
Ötən il ərzində qaydaları pozduğuna və yol verdiyi qanun pozuntularına görə gömrük orqanlarında çalışan 21 nəfər işdən çıxarılmışdır.
Gömrük Komitəsindən AZƏRTAC-a demişlər ki, hesabat dövründə daxil olmuş 189 materiala dair xidməti araşdırma aparılmış, aşkar edilmiş pozuntulara yol verdiyinə görə 235 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. Onlardan 62 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 87 nəfərə töhmət elan edilmiş, 65 əməkdaşa irad tutulmuşdur.