CƏMİYYƏT
Şirvanda oğurluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 27 iyul, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rahim Hüseynov saxlanılıb.
Dindirilmə zamanı R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirib.
Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.