CƏMİYYƏT
Nihad Hacızadə: “ASAP Forum 2022” tədbiri bizim gələcək karyeramız baxımından önəmlidır VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Türkiyədə Yelova universitetinin üçüncü kurs tələbəsiyəm. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) 300-ə yaxın üzvü var. Başqa ölkədə oxusam belə, ASAP-da yeni insanlarla tanış oldum. Gələcəkdə başqa ölkədə magistr təhsili almağa getsəm belə, təşkilatdakı tələbə və məzunlarla tanışlığım məndə xoş təəssürat yaratdı.
Bunu Bakıda Azərbaycan Respublikası Gənclər Fondu və ASAP-ın birgə keçirdiyi “ASAP Forum 2022”nin tədbirinin iştirakçısı Nihad Hacızadə AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, Forumun dörd gün ərzində keçirilməsi bizim gələcəkdə karyera qurmaq baxımından da çox önəmlidır.
Xatırladaq ki, iyulun 31-dək davam edəcək forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həlləri təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir.