Elçin Əhmədov: Müsabiqənin Bülbülün ev-muzeyində keçirilməsi qürurverici haldır VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Şuşa mədəniyyət paytaxtına çevrilməklə yanaşı, həm də ictimai fikir, ideoloji düşüncə, siyasi diplomatik mərkəzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa sakini, professor Elçin Əhmədov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən 8-ci Muğam müsabiqəsinin final mərhələsində deyib.
Bu gün Şuşa 8-ci Muğam müsabiqəsinə ev sahibliyi edir. Müsabiqənin Bülbülün ev-muzeyində keçirilməsi qürurverici haldır. Muğam beşiyi olan Şuşada belə bir müsabiqənin keçirilməsi hər bir azərbaycanlıya qürur hissi yaşadır. Çünki biz doğma Qarabağımıza 30 ildən sonra ayaq basa bildik. İnanıram yaxın zamanda Şuşa doğma sakinlərini qəbul edəcək və hər kəs şad-xürrəm yaşayacaq.