SİYASƏT
Simona Tondelli: İtaliya-Azərbaycan Universiteti hər iki ölkənin münasibətlərində xüsusi yer tutacaq VİDEO

Roma, 1 sentyabr, AZƏRTAC
Birgə səylərimiz sayəsində İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti strateji tərəfdaşlıq səviyyəsinə yüksələn iki ölkənin münasibətlərində xüsusi yer tutacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliyanın Alma Mater Bolonya Universitetinin icraçı prorektoru professor xanım Simona Tondelli deyib.
“Romada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mübadilə etdiyimiz “İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA Universiteti və Alma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Saziş” çox mühüm sənəddir. Bu razılaşma tərəfdaş universitetlərin birgə fəaliyyəti sayəsində hər iki ölkəyə ixtisaslı kadrlar və uğurlar qazandıracaq”, - deyə S.Tondelli bildirib.
“Bu gün bizim üçün mühüm hadisədir. Çünki bu əməkdaşlıq İtaliya və Azərbaycan, o cümlədən hər iki universitet üçün innovasiyalar baxımından uğurlar qazandıracaq gələcək əməkdaşlığın başlanğıcıdır. Biz yeni fəaliyyət növlərini təqdim etməklə resursların mübadiləsini həyata keçirəcəyik. Ümid edirəm ki, yeni əməkdaşlığımız hər iki ölkənin dayanıqlı inkişafına öz töhfəsini verəcək”, - deyə professor vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma