Şıxnəsib Mahmudov: Ağalıya getdiyimiz üçün həm həyəcan, həm də sevinc hissləri keçiririk VİDEO
Bakı, 7 sentyabr, Elmir Səftərov, AZƏRTAC
Biz bu gün doğma yurdumuza qayıdırıq. Ağalıya getdiyimiz üçün həm həyəcan, həm də sevinc hissləri keçiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Şıxnəsib Mahmudov söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz bu gün doğma yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şıxnəsib Mahmudov deyib: "Dünən əşyalarımızı maşınlara yığarkən çox qəribə hislər keçirdim. Çünki 30 ilə yaxın müddətdə yaşadığım evdən ayrılıram. Amma buna baxmayaraq, sevinirəm ki, doğma torpağımıza qayıdırıq".